26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Sənan Qurbanovun mətbuat konfransının vaxtı açıqlandı

İyulun 12-də UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyununda “Qəbələ” Lüksemburqun “Proqres” klubu ilə qarşılaşacaq.
 
Futbolxeber.az saytının məlumatına görə, Qəbələ şəhər stadionunda baş tutacaq matç öncəsi komandaların bu arenada məşqi və baş məşqçilərin mətbuat konfransı keçiriləcək.
 
Qarşılaşmadan bir gün əvvəl - iyulun 11-də saat 18:30-da “Qəbələ”nin baş məşqçisi Sənan Qurbanov jurnalistlərin önünə çıxacaq. Saat 19:00-da isə “qırmızı-qaralar”ın oyunöncəsi son məşqi baş tutacaq.
 
Lüksemburq təmsilçisinin baş məşqçisi Paolo Amodionun iştirakı ilə mətbuat konfransı saat 19:00-da başlayacaq. 1 saat sonra isə qonaqlar son məşqini gerçəkləşdirəcək.
 
“Qəbələ” və “Proqres” arasında ilk oyun iyulun 12-də keçiriləcək. Qəbələ şəhər stadionundakı matç saat 20:00-da başlayacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30