26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Tərlan Əhmədov: “Etdiyin hərəkətlər kişiliyə xas deyilsə, şalvar geyinsən də...”

“Neftçi”nin sabiq baş məşqçisi Tərlan Əhmədov sosial şəbəkədə paylaşımı ilə diqqət çəkib. Futbolxeber.az saytının məlumatına görə, çempionatın startındakı 4 oyunda cəmi 1 xal toplayan “ağ-qaralar”ı bürünc medallara daşıyan, lakin klubla yolları ayrılan mütəxəssis yazılar əks olunan 9 şəkil paylaşıb.

47 yaşlı mütəxəssisin paylaşımlarının birində “Şərəfsizliyin insan üzərinə yağış kimi yağdığı bir zamanda, islanmamaq üçün, quru qalmamaqdı “kişilik” ifadəsi əks olunub.

Əhmədov, həmçinin “Etdiyin hərəkətlər kişiliyə xas deyilsə, şalvar geyinsən də, dizinə qədər saqqal buraxsan da, yenə kişi sözü sənə haramdı” sözləri ifadə olunan şəkil də paylaşıb. Paylaşılan şəkillərin birində isə “İkiüzlü insanlara o qədər alışdıq ki, doğru insan qarşısında “əcəba, niyyəti nədi” deyə, düşünməmiş olmuruq” ifadəsi əksini tapıb.

Mütəxəssis “Bilmirsən kim dost, kim düşməndi. Bəzən tutduğun əldi səni arxadan vuran” ifadəsinə də sosial şəbəkəsində yer verib. “Neftçi”yə avrokuboklara vəsiqə qazandırsa da, əməkdaşlığı davam etdirilməyən çalışdırıcı “İsti ələ ehtiyacın olsa, digər əlini tut. Bu dövrdə kimsədən fayda yoxdu”, “İnsanların söküklərini tikmək üçün çox çalışdım. Amma bacarmadım. Anladım ki, sökük kişiklikdədisə, tikiş tutmur”, “Bu həyatda daim dik duracaqsan. Elə bir zamanda yaşayırıq ki, əyildiyin anda belinə minərlər” və “Kişinin qeyrəti papağındadı deyənlərə cavabım: Dərzi qeyrət tikmir” kimi ifadələrin əks olunduğu şəkilləri də paylaşmağı lazım bilib (apasport.az).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30