26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

"Hər bir medalın öz dəyəri var"

"Hər bir medalın öz dəyəri var. Əvvəldən sonadək mübarizə apardıq. Çempion olmaq istəyirdik, amma alınmadı. Bu il qismətimizdə gümüş medal idi".

Futbolxeber.az saytının məlumatına görə, bunu "Qarabağ"ın U-19 komandasının baş məşqçisi Rəşad Sadıqov "Qəbələ" ilə qolsuz heç-heçə edərək, AFFA Gənclər Liqasının gümüş medalını qazandıqları görüşdən sonra deyib.

O, komandanın əsas gücünü ikinci hissədə göstərməsi fikri ilə razılaşmayıb: "Sadəcə, rəqib yüksək pressinq edirdi. Biz də səbrli və diqqətli oynayırdıq. İkinci hissədə isə itirəcək bir şeyimiz qalmadığı üçün böyük qüvvə ilə irəli atıldıq. Düşünürəm ki, yetərincə qol imkanımız oldu. Sadəcə, son vuruşlarda bir qədər çətinlik çəkdik".

Sadıqov UEFA Gənclər Liqası ilə AFFA Gənclər Liqasının tam fərqli olduğunu deyib: "Həm heyətlər, həm də limitdə fərqlər var idi. UEFA-nın yarışında başqa heyətlə oynayırdıq. Bu gün heyətdə 6 nəfər 2000-ci il təvəllüdlü futbolçu olmalıdır. UEFA Gənclər Liqasında isə bu 1999-cu il təvəllüdlü futbolçulara şamil olunur. Düzdür, UEFA Gənclər Liqasındakı heyətdən də uşaqlar var idi. Amma bugünkü heyət daha gənc idi. Həm də iki yarış bir-birindən fərqlənir. İstər böyüklər, istərsə də aşağı yaş qruplarından ibarət komandaların oyunları fərqli keçir. Burada səni daha yaxşı tanıyır, daha yaxşı analiz edirlər. Rəqib yaxşı qapanır, yaxşı mübarizə aparırdı. Çünki onlara heç-heçə sərf edirdi. Deməzdim ki, həvəs sönüb. Əksinə, uşaqlar böyük həvəslə oynayırdılar. Sadəcə, son vuruş çatmırdı".

Sadıqov hər iki komandanın heyətində yaxşı futbolçuların olduğunu söyləyib: "Həm "Qəbələ", həm də "Qarabağ"da milli üzvləri var. U-19-da da onlardan çox şey gözləyirəm. Aralarında U-20-yə namizədlər var. Gələcəkdə öz üzərlərində daha çox işləməli, çalışmalıdırlar. Hazırkı oyun yetərli deyil. Beynəlxalq turnirlər tam fərqli olur. Rəqiblər də güclü çıxış edirlər".

U-20 millisinin baş məşqçisi olan mütəxəssis heyəti toplanışa 2-3 gün qalmış açıqlayacağını diqqətə çatdırıb: "Hələlik baxır, izləyirik. Əvəzediclərlə U-19 Liqasının oyunlarını izləyirik. Ölkə xaricində olan futbolçuları da InStat vasitəsilə diqqətdə saxlamağa çalışırıq. Ola bilsin, bu yaxınlarda bir futbolçunu xaricə yollanaraq canlı izləyim. Görək, heyətdə olacaqmı? Bu cür geniş formada işimizi aparırıq. U-20 yığmasının ilk toplanışı olacaq. Komandanı yavaş-yavaş formalaşdırmağa çalışacağıq" (sportnet.az).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30