26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Ermənilərin məğlubiyyətinə şahid olan hakim "Qarabağ" - "Gefle" oyununda

Avroliqanın III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində baş tutacaq "Qarabağ" - "Gefle" matçının hakimi müəyyənləşib. Futbolxeber.az-ın məlumatına görə, matçı fransız referi Nikolas Rainville idarə edəcək. Fransız hakim 1982-ci il, martın 18-də Nim şəhərində anadan olub. 2006-cı ildən hakimlik etməyə başlayıb. 2007-cı ildən Liqa 2-nin, 2010-cu ildən isə Liqa 1-in matçlarına təyinat alır. Rainville 2013-cü ildən FİFA hakimi statusunu daşıyır. "Qarabağ" - "Gefle" oyununa qədər avrokuboklarda cəmi 1 görüşdə fit çalıb. Söhbət Avroliqanın ikinci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində baş tutan "Ksanti" - "Linfild" görüşündən gedir. U-17-lərin seçmə mərhələsində 2 görüş idarə edən fransız hakim eləcə də bu il, fevralın 5-də baş tutan Lüksemburq - Ermənistan matçında fit çalıb. Yoxlama görüşü olan həmin qarşılaşma ermənilərin 0:1 hesablı yenilgisi ilə başa çatıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30