26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Ölkə futbolu

Əvəzedicilərin yarışı ilə I Divizion birləşdirilir – çempionatın əsasnaməsi dəyişir

Əvəzedicilərin yarışı ilə I Divizion birləşdirilir – çempionatın əsasnaməsi dəyişir
Peşəkar Futbol Liqası növbəti futbol ilindən etibarən əvəzedicilərin yarışı ilə I Divizionu birləşdirə bilər.
 
Futbolxeber.az-ın xəbərinə görə, bu haqda Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev “Futbol+” qəzetinə müsahibəsində deyib:
 
“Hansı klubların ki, büdcəsi buna imkan verəcək, onların əvəzedici komandası aşağı dəstədə çıxış edəcək. İmkanı olmayanlar isə əvəzedicilərə xərclədiyi pulu qoy aşağı yaş qruplarına sərf etsinlər. Uşaq futbolu inkişaf etməlidir ki, gələcəkdə müxtəlif yaş qrupları üzrə yığmalar əziyyət çəkməsinlər. Etiraf edək ki, aşağıdan yuxarıya istedadlı futbolçu ya gəlmir, ya da onların sayı bir əldə olan barmaq qədər azdır. Əsas milli iki hücumçunun ümidinə qalıb. Onlarla rəqabət apara biləcək oyunçu olmadığından, həmin forvardlarda da arxayınlıq yaranır”.
 
R.Musayev deyib ki, çempionatın əsasnaməsində dəyişiklik etməyin zamanı yetişib: “Kim ki bizimlə razılaşmayacaq, əvəzedicilərinə Region Liqasında mübarizə aparmasına şərait yaradar. Biz bütün bunları ölkə futbolunun inkişafı naminə edirik. Bildiyiniz kimi, yanvarda hakimlərin Antalyadakı təlim-məşq toplanışını yaxından izləmək üçün Türkiyəyə yollanmışdım. Həmin vaxt orda aşağı yaş qrupları üzrə iki millimiz də toplanış keçirdi. Həmin komandaların hazırlığını izləyərkən məşqçilərin necə əziyyət çəkdiyini gördüm. Bizim uşaqlar türkiyəli həmyaşıdlarından geri qalırlar. Ümid edirəm ki, birinci dəstədə, daha təcrübəli oyunçularla bir çempionatda mübarizə aparmaq yeniyetmə və gənclərimizə çox şey verəcək”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30