26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Ölkə futbolu

Yuri Maksimov: “Komandam 60 dəqiqə tab gətirdi”

Azərbaycan Premyer Liqasının 31-ci turunda səfərdə “Qarabağ”la heç-heçə edən (1:1) “Keşlə”nin baş məşqçisi Yuri Maksimov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Futbolxeber.az xəbər verir ki, ukraynalı mütəxəssis öncə oyunla bağlı fikirlərini bildirib:
 
- Turnir cədvəlinin lideri ilə aşağı pillələrdə qərarlaşan komanda üz-üzə gəldilər. Oyun maraqlı alındı. Təxminən 60 dəqiqə yaxşı oynadıq. Biz əvəzetmə edəndə, gənclər meydana çıxırdı. Hansı ki, bu yaxınlara kimi əvəzedicilərdə oynayırdı. “Qarabağ”da isə təcrübəli oyunçular meydana çıxırdı. Buna görə, heç-heçəni yaxşı nəticə hesab edirəm.
 
- Əvəzedici heyətin üzvlərinə güvəndiyinizi dediz. Bunun günahı kimdədi? Komanda niyə yetərincə transfer həyata keçirməyib?
 
- Bu mövzu barədə danışmaq istəmirəm. Ancaq onu deyə bilərəm ki, əlimizdə olan “material”dan tam isrtifadə edirik. 
 
- Demək olar ki, klubun qış transfer siyasəti iflasa uğradı?
 
- Məni düzgün başa düşün. Güclü futbolçu 4 aya müqaviləyə və bizim təklif etdiyimiz məbləğə gəlməz. 
 
- Fasilədən sonra komanda necə təsir bağışlayır? İrəliləyiş varmı?
 
- Bayaq da qeyd etdim. Komanda bu gün 60 dəqiqə tab gətirdi. Sonra isə o qədər də yaxşı təsir bağışlamadı. 
 
- Rəhbərliyin qarşısına futbolçularla uzunmüddətli müqaviləni şərt qoya bilməzdiz?
 
- Büdcə çərçivəsində hərəkət etmişik. Ancaq sonra həmin futbolçuların tələb etdiyi məbləği verə bilmədik. Buna görə, transfer etdiyimiz futbolçulara irad bildirə bilmərəm.
 
- Kamran Ağayevin zədəsi nə yerdədi? Ciddi deyil ki?
 
- Həkimlər hələ bu barədə heç nə deməyiblər. Onlarla danışdıqdan sonra onun vəziyyətinə aydınlıq gələcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30