26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Kamran Ağayev: "Bu, bizim şəxsi işimizdir"

Milli komandamızın qapıçısı Kamran Ağayev Belarusla yoldaşlıq oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb. Futbolxeber.az saytının məlumatına görə, təcrübəli qolkiper əvvəlcə 0:1 hesablı məğlubiyyəti şərh edib. 
 
- Hələ oyunu analiz etməmişik. Ona görə nəsə demək düzgün olmaz. Amma meydanda gördüyüm qədərilə düşünmürəm ki, yaxşı oynadıq. Rəqibin elə də güclü hücumları olmadı. Sadəcə ilk hissədə düzgün oynamadıq deyə qol vurdular. İkinci hissədə hücuma çıxanda rəqib əks-hücumda yaxaladı, bir epizodları oldu. Baş məşqçi analiz edəndən sonra fikirlərini bildirəcək.
 
- Oyundan sonra Qurban Qurbanov paltardəyişmə otağında nə dedi? Komandaya öz iradlarını bildirdimi?
 
- Bu, bizim şəxsi işimizdir. Baş məşqçi ilə komanda arasında olan söhbətdir. Amma təbii ki, yaxşı da, pis də oynasaq, uduzmuşuqsa, Qurban məllimin iradı olacaq.
 
- İlk hissənin gedişində bir epizodda sanki yüngül zədə aldın...
 
- Yox, mən buna zədə deməzdim. Zədə daha ciddi bir şeydir. Həmin epizodda kiçik bir ağrı oldu. Köhnə zədəm özünü göstərdi. Ancaq bir anlıq oldu. Hazırda ciddi bir şey yoxdur.
 
- Millimizi qarşıda Makedoniya ilə daha çətin oyun gözləyir. Nəzərə almaq lazımdır ki, onların heyəti də güclüdür...
 
- Yoxlama matçı olsa da, çalışacağıq ki, əlimizdən gələni edək, qalib gələk. Makedoniya səviyyə baxımından bizdən üstün olsa da, sonadək mübarizə aparıb qələbə qazanmalıyıq.
 
- Bir çox məşqçi ilə çalışmısan. Qurban Qurbanov onlardan nə ilə fərqlənir?
 
- Bu sualı çox veriblər. Pis sual deyil, amma açıqlamaq düzgün olmaz. Bütün insanlar kimi, məşqçilər də fərqlidilər. Onların tələbləri də müxtəlif olur.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30