26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Ölkə futbolu

"Qarabağ" və "İnter" Azərbaycanın reytinq xalını artırdı

Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunlarından sonra Azərbaycanın UEFA reytinqindəki mövqeyində dəyişiklik baş verməyib. Futbolxeber.az-ın məlumatına görə, ölkəmiz reytinqdə 30-cu pillədəki mövqeyini qoruyub. Dünən Avroliqanın II təsnifat mərhələsi çərçivəsində meydana çıxan "Xəzər Lənkəran"dan fərqli olaraq "İnter" və "Qarabağ" ölkəmizin reytinqinə xal yazdırıblar. Belə ki, "İnter" qələbə sayəsində Azərbaycanın reytinqinə əlavə 0,250 xal, "Qarabağ" isə bu mövsüm ilk heç-heçəsi ilə 0,125 xal yazdırmış olub.

Bu mövsüm Azərbaycan UEFA-da 2.000 reytinq xalı qazanıb ki, bunun da 0.875 xalı "Qarabağ"ın, 0.625 xalı "İnter"in, 0.375 xal "Xəzər Lənkəran"ın və nəhayət 0.125 xal "Neftçi"nin payına düşür.

Qeyd edək ki, qrup mərhələsinə kimi qazanılan hər qələbə ölkəyə 0,250, heç-heçə isə 0,125 reytinq xalı qazandırır.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30