26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Ölkə futbolu

Elxan Məmmədov: "Qurban Qurbanovun maaşını açıqlaya bilmərəm"

Bu gün “Boulvard Hotel”də AFFA İcraiyyə Komitəsinin iclası keçirilib.
 
Futbolxeber.az saytının məlumatına görə, yığıncaqdan sonra AFFA-nın baş katibi Elxan Məmmədovun iştirakı ilə mətbuat konfransı keçirilib. 
 
-  İclasda hansı məsələlər müzakirə edildi?
 
- Yeddi məsələ müzakirə olundu. Futzal Federasiyasının hesabatı dinlənildi. AFF prezidenti Zaur Axundov Avropa çempionatında yığmamızın çıxışı və gələcək planlarla bağlı hesabat verdi. Zeynal Zeynalov çimərlik futbolu üzrə milli komandasının baş məşqçisi təyin edildi. Danışılmış oyunlarla bağlı müzakirələr oldu. UEFA-dan yeni sənədlər daxil olub. İcraiyyə Komitəsinin üzvlərinə həmin məxfi sənədləri təqdim etdik. Bu müzakirələrdə UEFA nümayəndələri də iştirak etdilər. Bu problemlə mübarizəmizi davam etdirəcəyik. Daha bir məsələ təqaüdlərlə bağlıdı. Yeni 6 nəfərə təqaüd veriləcək. İcraiyyə Komitəsində bir nəfər çatmırdı. Zaur Hacı Məhərrəmov həmin posta seçildi. Nəhayət, Media Komitəsi ilə müzakirələr aparıldı. AFFA-nın mətbuat xidmətinin rəhbəri Firuz Abdulla geniş məruzə etdi. Bundan sonra İcraiyyə Komitəsi Media Komitəsinin fəaliyyətini davam etdirməsini qərarını verdi. Lakin bir sıra tövsiyələr oldu ki, daha səmərəli iş üçün MK fərqli formatda fəaliyyət göstərsin. Aprel ayında təkliflər müzakirə ediləcək.
 
-  Xeyli müddətdi danışılmış oyunlarla bağlı söz-söhbət gəzir. Avropa praktikasında bu var ki, Premyer Liqa klublarının ikinci komandaları aşağı divizionda təmsil olunur. Əvəzedicilərin çempionatını ləğv edərək, analoji addımı atmaqla problemi yerli-köklü çözmək olmazmı?
 
-  Bu məsələ İcraiyyə Komitəsinin iclasında müzakirə olundu. İndi bizə klubların da mövqeyi maraqlıdı. Klublar Komitəsində bu məsələ müzakirə olunacaq. Bu, həm də xərclərin azaldılması baxımından faydalıdı. Ancaq bizə milli komandamızın baş məşqçisinin fikri də önəmlidi. Onunla da bu mövzuda müzakirə aparmışıq.
 
-  Hesab etmirsiniz ki, Klublar Komitəsinin nüfuzu aşağıdı?
 
-  Biz, AFFA olaraq bir platforma yaratdıq. Klubların gücü olmalıdı ki, bu platformanı icra etsin. İcraiyyə Komitəsinin iclasında müzakirə ediləcək mövzuları əvvəlcə klublarla məsləhətləşirik. 
 
-  Rövnəq Abdullayevin yoxluğu nə ilə bağlıdı?
 
- AFFA prezidentinin sıx qrafiki bugünkü tədbirdə iştirakını əngəllədi. Eyni zamanda, Rövnəq müəllim qeyd etdi ki, bir müddət əvvəl “Bayıl Arena”da media mənsublarının qarşısına çıxıb və bu müddət kəsiyində qlobal hadisələr baş verməyib.
 
-  Dəhlizdə Rövnəq Abdullayev Riad Rəfiyevi “Sumqayıt”a prezident təyin olunması ilə bağlı təbrik etdi...
 
-  Gizlətmirəm, “Sumqayıt”ın prezidenti vəzifəsinə 3 namizəd var. Bu siyahıda Riad Rəfiyev də var. “Sumqayıt” klubundan təklif aldığını özü deyib. Ancaq AFFA-nın hazırki və bir sabiq əməkdaşı da təklif alıb. Bir qədər fərqli yanaşın. Bu gün “CBC Sport”un əməkdaşları hansısa klubdan təklif alanda demirsiniz ki, telekanal rəhbərliyi öz adamını harasa təyin etdirdi. Ancaq AFFA-nın hansısa əməkdaşı bir yerdə vəzifə alırsa, deyirlər ki, Assosiasiya öz adamını filan yerə göndərdi. Əbədi heç nə yoxdu. Hər kəs iş yerini dəyişə bilər. 
 
-   7 il “Sumqayıt”da can qoymuş Kamran Quliyevin “Neftçi”nin prezidenti təyin olunması ideyası kimə məxsusdu? 
 
-  Bu, Kamran Quliyevin qərarıdı. “Neftçi”dən təklif alıb və yəqin ki, götür-qoy edərək belə qərar verib.
 
- Millimizin baş məşqçisi Qurban Qurbanovun məvacibini açıqlaya bilərsinizmi? Onun maaşı keçmiş baş məşqçi Robert Prosineçkidən çoxdu, yoxsa az?
 
- Bunu açıqlaya bilmərəm. Çünki tərəflərin belə tələbi var ki, məxfilik qorunmalıdı. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30