26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Samir Əliyev: "Qəbələ" ilə oyundan qabaq bir xala ikiəlli razı olardım"

"Səbail" komandasının baş məşqçisi Samir Əliyev Azərbaycan Premyer Liqasının XVII turunda evdə "Qəbələ"ni 2:1 hesabı ilə yendikləri görüşü şərh edib.
 
Futbolxeber.az-ın xəbərinə görə, gənc mütəxəssis "Report"a açıqlamasında qalibiyyətin onun üçün sürpriz olduğunu bildirib.
 
O deyib ki, matça 1 xal üçün çıxdıqları halda, qələbəyə seviniblər: “Biz daha əvvəl də aqressiv, istəkli oynayır, pressinq tətbiq edirdik. Bu, “Qarabağ” və “Qəbələ” ilə matçlarda daha yaxşı alındı. Həmin tempi saxlamağa çalışacağıq. Açığı, “Qəbələ”ni məğlub etməyimiz mənim üçün gözlənilməz oldu. Qalib gəlmək gözəl hisdir, lakin biz daha çox 1 xal qoparmaq barədə düşünürdük. Oyundan qabaq bir xala ikiəlli razı olardım. Bu gün “Qəbələ” ilə “Səbail”i bir tərəziyə qoymaq düzgün deyil. Onlar hər bir məsələdə bizdən üstündürlər". 
 
Qarşıda ağır oyunlarının olduğunu deyən baş məşqçi “Kəpəz” və “Zirə” ilə səfər matçlarına köklənmələrinin vacibliyini dilə gətirib. 
 
Qeyd edək ki, “Səbail” hazırda 17 xalla 6-cı pillədə qərarlaşıb. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30