26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Ölkə futbolu

Samir Əliyev: “Səviyyə fərqi görünürdü”

Azərbaycan Premyer Liqasının 17-ci turunda evdə “Qəbələ”yə qalib gələn (2:1) “Səbail”in baş məşqçisi Samir Əliyev oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Futbolxeber.az xəbər verir ki, Əliyev öncə oyunla bağlı fikirlərini bildirib:
 
- “Qəbələ” kimi komandaya qalib gəlmək gözəl hissdi. Qalib gəlsək də, səviyyə fərqi görünürdü. Hələ öz üzərimizdə çox çalışmalıyıq. Qarşıda bizi Gəncədə “Kəpəz”ə qarşı çətin oyun gözləyir. Həmin oyuna ciddi hazırlaşmalıyıq.
 
- Komanda qış fasiləsindən sonra ciddi rəqiblərə qarşı yaxşı oyun sərgilədi...
 
- Biz çalışırıq ki, komanda oyundan-oyuna daha yaxşı çıxış etsin. Futbolçular da bunun üçün çalışırlar. Ola bilsin, bundan sonra “Qəbələ”yə qarşı 5 oyun sərgiləsək, hamısını uduzarıq. “Saraqosa” da “Barselona”nı 5 ildə bir dəfə məğlub edir. Səhvlərimiz var idi. Bunun üzərində çalışacağıq.
 
- Dediniz, komandanın səhvləri var idi. Komandanın yaxşı səviyyəyə çatması üçün nə qədər vaxt lazımdı?
 
- Bunun üçün əsas olan əlimdə yaxşı “material” olmasıdı. Elə oyunçu var ki, adını çəkməyəcəm, son oyunlarda eyni səhvləri buraxır. Nə qədər deyirəm, yenə düzəltmir. Bizdə elə oyunçular var ki, məsələn Fəhmin Muradbəyli “Neftçi”də ehtyatda qalırdı, ancaq bizdə son 3 oyunda 2 qol vurub. Rahil Məmmədov küçədə qalmışdı, ancaq bizdə yaxşı oyun sərgiləyir.
 
- Bəhs etdiyiniz səhv edən futbolçu növbəti oyunlarda şans qazanacaq?
 
- Təbii ki, yox. 
 
- Bu gürcü legioner Nikoloz Apakidzedi?
 
- Bəli. Meydanda mübarizə aparır, ancaq səhvləri var.
 
- Kərim Diniyev bu gün niyə oynamırdı?
 
- Onun zədəsi var. Həm də onu “Kəpəz”lə oyun üçün qoruyuruq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30