26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Hakimi təhqir edənlərə 4 oyunluq cəza

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolxeber.az xəbər verir ki, aparılan müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:
 
U-17 Liqasında, “Səbail” – “Neftçi” matçının 43-cü dəqiqəsində “Neftçi”nin futbolçusu Vüqar Quliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. Oyunun 62-ci dəqiqəsində “Neftçi”nin futbolçusu İlkin Əbiyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb. Oyunun 90+2 və 90+4-cü dəqiqələrində müvafiq olaraq “Neftçi”nin futbolçusu Nihad Qurbanlı və Abbas Abbasov hakimi təhqir etdiklərinə görə meydandan kənarlaşdırıldıqları üçün hər iki futbolçu 4 oyun cəzalanıb.
 
U-14 Liqasında, “Qarabağ” – “Səbail” matçının 3-cü dəqiqəsində “Qarabağ”ın futbolçusu Tərxan Mehmanlı sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
U-14 Liqasında, “Zirə” – “Qəbələ” matçının 29-cu dəqiqəsində “Zirə”nin futbolçuları Rza Əliyev, Cavidan Bilalzadə və “Qəbələ”nin futbolçusu Nuğay Rəşidov aqresiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün hər bir futbolçu  4 oyun cəzalanıb. Oyunun 51-ci dəqiqəsində “Zirə”nin futbolçusu Məhəmməd Yəhyayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
U-14 Liqasında, “Autizmlilər” İK – “Mançester Yunayted” matçında “Autizmlilər” komandası iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
 
U-12 Liqasında, “Xətai” klubunun futbolçusu İslam Kazımovun sənədlərinin saxta olması aşkarlanıb. İntizam Komitəsi bunu nəzərə alaraq futbolçunun iştirak etdiyi aşağıda göstərilən oyunlara 0:3 hesablı texniki məğlubiyyət verib.
 
U-12 Liqası: İsgəndər Cavadov BFA - Xətai FK
U-12 Liqası: Xətai FK - Zirə PFK
 
Azərbaycan həvəskarlar liqasında, “Balaxanı” – “Bərdə” matçında “Bərdə”nin futbolçusu İlkin Fərhadov hakimi təhqir etdiyinə görə 4 oyun cəzalanıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30