26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Ölkə futbolu

Zaur Axundov: “Raufa sözümüzü dedik”

"Keşlə"nin Müşahidə Şurasının sədri Zaur Axundov "Neftçi"ylə yoxlama oyununun fasiləsində jurnalistlərin suallarını cavablandırıb.

- Yeni transferlərlə bağlı fikirləriniz necədi?

- Futbolçulara məşqçilər korpusu baxır. Yəqin ki, təhlillər apararaq öz qərarlarını verəcəklər.

- Rauf Əliyevin transferi nə yerdədi?

- Rauf Əliyev - “Keşlə” məsələsi yenidən gündəmi zəbt etdi. Raufa dünən öz təklifimizi etmişik. Bizdən gedəndə ondan inciməmişdik. Doğma klubu kimidi, qayıda bilər. Sözümüzü dedik, təklifimizi etdik. Rauf fikirləşmək üçün bizdən vaxt istədi.

- Baş məşqçiniz Yuri Maksimov müqavilə məsələsində fikir ayrılığı olduğunu bildirib...

- Raufu axtarmamışıq, özü bizə müraciət edib. Strategiyamız var. Ona 1,5 illik müqavilə təklif etdik. Rauf isə 6 aylıq anlaşma istəyir ki, bununla razı ola bilmərik.

- “Keşlə”nin büdcəsi legioner transferinə imkan verir?

- Tam büdcə ilə hərəkət edirik. Amma limiti aşa bilmərik. Həmin büdcədi, 5-6 futbolçumuz gedib.

- Raufun müqavilə məsələsində maddi məsələyə görə problem yaşanmır?

- Əvəzedilməz futbolçu yoxdu. Hər futbolçunun dediyi ilə oturub-dursaq, klub kimi fəaliyyət göstərə bilmərik. Yayda Rauf klubdan gedəndə inciklik olmuşdu. Gedəndə razı olmamışdım. Amma millinin futbolçusudu, azərbaycanlıdı, xaricə getdiyi üçün uğurlar arzu etdim. Albaniyada heç 3 ay qala bilmədi. Bilirsiniz ki, FİFA-nın müvafiq qaydalarına görə, futbolçu 1 mövsümdə 3 klubda çıxış edə bilməz. İnciklik varsa, hamısını arxada qoyuruq.

- Sizcə, Nizami Hacıyevlə Mirhüseyn Seyidov əfv olunacaqmı?

- Mənim üçün də ağırdı. Baş verənləri unutmaq istəyirəm. Düzdü, çətindi. Onlarla qısa müddət də olsa birgə çalışmışam. Amma bizdən də yuxarı dairələr var. Heç kim belə şeyin baş verməsini istəməzdi. Qanun çərçivəsində işləyirik. Baxaq, görək nə baş verir.

- Başqa sanksiyalar olacaq?

- Bundan artıq nə olsun ki? Onları futboldan ömürlük uzaqlaşdırdılar. Təbii ki, futbolda belə xoşagəlməz şeylər varsa, əleyhinəyəm. Araşdırmalar yenə də davam edir. Bu işlə yenə də fəaliyyət göstərənlər varsa, cəzalansınlar.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30