26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Ölkə futbolu

"Skenderbeu"nun futbolçusu: "Şansların yenə 50/50-yə olduğunu deyə bilərəm"

Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində "Neftçi"nin rəqibi olan Albaniya çempionu "Skenderbeu" klubunun futbolçusu Bledi Şkembi təmsilçimizlə cavab oyunu öncəsi Albaniya mətbuatına müsahibə verib.


- Bakıda qeydə alınan 0:0 hesabını komanda üçün nə dərəcədə sərfəlidir?

- Bu yaxşı nəticədir. Əgər oyundan öncə bu nəticə haqda düşünsəydik, çox şad olardıq. Ancaq qarşıda cavab matçı var. Bu oyuna da ilk görüşdə olduğu kimi ciddi hazırlaşırıq. Sabah ilk görüşdən daha yaxşı oynamalıyıq.

- Bu nəticədən sonra komandanı növbəti mərhələyə yaxın hesab etmək olar?

- Növbəti mərhələyə yaxın olduğumuzu deyə bilmərəm. Çünki ilk oyunda "Neftçi"nin yaxşı komanda olduğunu və heyətində səviyyəli futbolçuların çıxış etdiklərini gördük. Ona görə düşünürəm ki, "Neftçi" də bizim ilk oyunda etdiyimizi təkrarlamağa çalışacaq. Bu oyunda şansların yenə 50/50-yə olduğunu deyə bilərəm.

- Komandanın ilk görüşdəki oyunu səni razı saldı?

- İlk görüşdə oyunumuz yaxşı alındı. Ancaq son zərbəni vurmağa gücümüz yetmədi. Düşünürəm ki, cavab matçında daha yaxşı oynayacağıq. Lakin bilməliyik ki, hələ heç nə bitməyib. Bizim qol vurmaq üçün yaxşı imkanlarımız var idi, ancaq düzünü desək, "Neftçi" həmin oyunda şansız idi. Qapıçımız Orqes Şehi həmin oyunda mükəmməl oynadı.

- Qarşıdakı cavab oyunundan nə gözləyirsən?

- Biz bu oyunun əhəmiyyətini yaxşı dərk edirik və qarşıdakı 90 dəqiqə karyeramda çox vacib olacaq. İlk görüşlə müqayisədə cavab matçında daha çox güc sərf etməliyik. Bütün diqqətlər üzərimizdə olacaq və bacarığımızın 200 faizini meydanda qoymalıyıq. Düşünürəm ki, əgər məqsədimizə nail olsaq, Çempionlar Liqasının üçüncü mərhələsinə vəsiqə qazanacağıq.

- Səncə, ÇL-in üçüncü mərhələsi "Skenderbeu" üçün nə qədər uzaqdır?

- Əminik ki, biz hələ heç nə etməmişik. Bizi qarşıda çox çətin və vacib tapşırıq gözləyir. Dediyim kimi qarşıdakı 90 dəqiqə futbolçular və komanda üçün çox vacibdir.

- Azərbaycan mətbuatı sizin ilk oyunda bilərəkdən artistlik edərək vaxt uzatdığınızı iddia edir. Bu doğrudur?

- Hər komandanın öz oyun üslubu var. Lakin həmin oyunda bizim film göstərməyə vaxtımız yox idi. Biz çox gözəl futbol nümayiş etdirdik. Bu, onların öz komandalarından narazı qalmalarından irəli gəlir. Ancaq biz öz vəzifəmizi yerinə yetirdik. Mətbuat konfransında mən rəqibə hörmət etdiyimizi, ancaq onlardan çəkinmədiyimizi söyləmişdim. Halbuki, azərbaycanlılar böyük hesabla qalib gələcəklərini iddia edirdilər.

- Necə düşünürsən, "Skenderbeu" növbəti mərhələyə adlayacaq?

- Mən inanıram və ümid edirəm ki, illər sonra yuxum reallığa çevriləcək. Bu il bizim ilimizdir.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30