26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Ölkə futbolu

AFFA daha bir nəfəri ömürlük futboldan sildi

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, iclasda danışılmış oyunlarda iştirak etməkdə ittiham olunan “Keşlə” klubunun keçmiş əməkdaşı Ağakişi Mehdizadə barədə qərar çıxarılıb.

“İnter” (hazırkı “Keşlə” klubu) və “Neftçi”nin sabiq əməkdaşı (məşqçi-metodist) Ağakişi Mehdizadə barədə “Neftçi”nin  AFFA-ya rəsmi müraciətinə, UEFA-dan daxil olmuş məlumatlara, AFFA-nın apardığı müvafiq araşdırmanın nəticəsinə və Ağakişi Mehdizadənin AFFA-ya təqdim etdiyi izahata əsasən, oyunların idman nəticəsinin manipulyasiyasında fərdi iştirakına görə Ağakişi Mehdizadəyə futbola aid hər bir məşğuliyyət ömürlük qadağan olunsun. Oyunların idman nəticəsinin manipulyasiyasında iştirakı ilə bağlı şübhələrin mövcud olduğu digər şəxslər barədə araşdırma davam etdirilsin.

Sanksiyaya məruz qalan tərəf bu qərarı aldıqdan sonra 15 (on beş) gün ərzində AFFA-nın Apellyasiya Arbitraj Tribunalına qərarla bağlı apellyasiya şikayəti verə bilər.

Xatırladaq ki, "Keşlə"nin iki futbolçusu - Nizami Hacıyev və Mirhüseyn Seyidov da danışılmış oyunlarda iştirakda ittiham olunaraq futboldan ömürlük uzaqlaşdırılıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30