26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Ölkə futbolu

Samir Əliyev: “Komandada heç kim başqasından artıq deyil"

“Səbail”in baş məşqçisi Samir Əliyev Topaz Premyer Liqanın 9-cu turunda "İnter"ə 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

- “Neftçi” ilə oyundan sonra komandanı toparlamaq çətin olmadı ki?

- Bəli, çətinlik çəkdik. “Neftçi” bizə əsl şok yaşatdı. Bir neçə yeni oyunçuya şans vermişdim. Əsas məqsədimiz o idi ki, qol buraxmayaq. Sevindirici haldır ki, əvvəlki matçlardan fərqli olaraq, bu dəfə qol buraxmadıq. Qarşıda bizi “Qəbələ” və “Qarabağ”la çətin oyunlar gözləyir.

- Eltun Yaqublu əvvəlcə Nurlan Novruzovla, sonra isə Maudo Jarjue ilə mübahisə etdi. Bildiyimiz qədər ilə onun klub rəhbərliyində təmsil olunan şəxslərlə yaxınlığı var. Sanki futbolçu onlara arxalanaraq meydanda bu cür hərəkətlər edir...

- Eltun komandanın kapitanıdır. Bu məsələ ilə bağlı futbolçularla danışacağıq. Hər iki futbolçunu cəza gözləyir. Bizim əsas məqsədimiz intizam yaratmaqdır. Statistikaya nəzər salsaq, görərik ki, çempionatda ən az sarı vərəqə alan komandalardanıq. Bu gün də heç nədən iki sarı vərəqə aldıq. Bu komandada heç kim başqasından artıq deyil. Futbolçularımızın da hamısı təxminən eyni səviyyədədir. Eltun ötən oyunda ehtiyatda qalmışdı. Bunun da bəzi səbəbləri var idi. Bu cür hallara yol verə bilmərik.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30