26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Ölkə futbolu

Karel Yarolim: "Özümü qalib kimi hiss edirəm"

Çexiya millisinin baş məşqçisi Karel Yarolim DÇ-2018-in seçmə mərhələsində yığmamıza 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

- Qalib gəlsək də, səhvlərimiz oldu. Xüsusilə, matçın ikinci hissəsində rəqib yaxşı təsir bağışladı. Rəqibin müdafiə xətti daha yaxşı idi. Daha çox qol vurmaq istəyərdik. Ancaq alınmadı. Rəqib gözlədiyim kimi çıxış etdi. Azərbaycan millisinin oyununu yüksək qiymətləndirirəm.

- Bugünkü oyuna görə işinizi necə qiymətləndirirsiniz?

- Matçdan öncə də demişdim, bu məsələlərlə məşğul olmuram. Burda gələcək taleyimə hələ ki, tam aydınlıq gəlməyib. İndi yalnız qarşıdakı oyun barədə düşünürəm.

- Millidə gələcəkdə dəyişikliklər gözlənilir?

- Komandamızda çox dəyişiklik olub. Bu gün demək olar, Ostravadakı ilk görüşdəki heyət çıxış edirdi. Son oyunlarımızda yalnız zədələrlə bağlı bəzi dəyişikliklər olub. Gələcəkdə yeni futbolçular da dəvət oluna bilər.

- Azərbaycan millisini məğlub edən ilk çex məşqçi oldunuz...

- Bu, ilk dəfə olub? (Jurnalistlərdən təsdiq cavabı aldıqdan sonra sözünə davam edir) Bu barədə düşünməmişdim. Hazırda özümü qalib kimi hiss edirəm.

- Komanda əldə etdiyi fürsətləri dəyərləndirə bilmir. Bunun səbəbi nədir?

- Bu problemi aradan qaldıramağa çalışırıq. Ostravadakı oyunla müqayisədə fürsətləri daha yaxşı dəyərləndirdik. Fikrimcə, oyundan-oyuna daha yaxşı çıxış edirik.

- Yəqin xəbəriniz var, Kamran Ağayev Çexiyanın “Mlada Boleslav” klubunda çıxış edir. Ümumiyyətlə onun çıxışını necə dəyərləndirirsiniz? Sizcə, o, milliyə layiq qapıçıdır?

- Layiq olub-olmaması barədə danışmaq istəməzdim. Çünki Azərbaycan millisinin baş məşqçisi var və buna o, qərar verir. Onu yalnız millinin oyunlarında görmüşəm. “Mlada”da ilk oyunundan xəbərim var idi. Bildiyim qədər ilə həmin matçda yaxşı təsir bağışlamamışdı.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30