26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

"Əşşi, kişi kişini vurar da..."

"Qəbələ" Topaz Premyer Liqasının 6-cı turunda "Qəbələ"ni 261 hesabı ilə məğlub edib. Futbolxeber.az xəbər verir ki, oyundan sonra matçı stadiondan canlı izləyən Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev jurnalistlərə müsahibə verib.
 
Qurum prezidenti ilk olaraq matçla bağlı danışıb. O, "Neftçi"nin oyunundan da razı qaldığını deyib: "Hər iki komandanın oyununda razı qaldım. "Neftçi"nin oyunu da məni qane etdi. İstədiyim oyuna lap az qalıb. İnşallah o da olacaq".
 
- Roman Qriqorçukla da danışığınız oldu...
 
- O insanki vəzifəsinə hörmət edir və işini sevirsə, cavabdehlik daşıdığı məsələyə məsuliyyətlə yanaşırsa, həmin adama böyük hörmətim var. Dostluq söhbəti idi...
 
- I Divizionda yenidən 12 komanda olacağı deyilir...
 
- O, şayiələrdir. Gəzən söz-söhbətləri külək aparır. 10 komanda olacaq. Bu, konkretdir.
 
- "Qarabağ"ın "Roma" ilə matçı barədə nə düşünürsünüz?
 
- "Qarabağ" "Vaz2106", "Roma"da isə "BMW" motorudur. İnşallah, "BMW" "06"ya yoldaşlıq edər.
 
- Oyundan sonra "Qəbələ"nin futbolçuları - Ruslan Qurbanovla Stiven Monroz əlbəyaxa oldular. Ruslan açıqlamasında dedi ki, Monroz məni vurdu. Buna münasibətiniz necədir?
 
- Əşşi. Kişi kişini vurar da... Allah köməyi olsun, PFL-in büdcəsi artacaq (gülərək). Klubun daxili işinə qarşmaq düzgün olmazdı. Bu, komandanın daxili işləridi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30