Ölkə futbolu
"3 ildir bu problemlə üz-üzəyəm"
Azərbaycan Premyer Liqasının VI turunun “Qarabağ” - “Sumqayıt” (4:1) qarşılaşmasını izləyən milli komandamızın baş məşqçisi Robert Prosineçki matçdan sonra müsahibə verib.
- Oyundakı tempdən, millinin üzvlərinin çıxışından razı qaldınız?
- “Qarabağ” hər matçda rəqiblərini məğlub edir, bu da normal haldı. Çünki futbolçuları keyfiyyət baxımından digərlərindən seçilir. Buna görə də oyunları rahatlıqla keçirirlər.
- Digər tərəfdən millinin üzvləri çempionatda rəqabət görmürlər. Bu, baş məşqçi kimi, sizi narahat etmir?
- Bu problemlə indi deyil, 3 ildi üz-üzəyəm. Təbii ki, millinin baş məşqçisi olaraq təkcə mənim deyil, “Qarabağ” üçün də ciddi problemdi. Çempionatda təzyiqlə üzləşmədiklərinə görə, “Çelsi” ilə matçda bu problemi gördük. İndi “Roma” ilə oyun gəlir və “Qarabağ”ı çətin oyun gözləyir. Ümumiyyətlə, bu cür rəqiblərə qarşı fərqli futbol oynamaq lazımdı.
- Mahir Mədətovun vurduğu qolları bəyəndinizmi?
- Qapıya tərəf iki zərbə endirdi və hər ikisi qol oldu. Çox gözəl qollar vurdu.
- Qarşıdan Çexiya, ardınca isə Almaniya ilə seçmə mərhələ oyunları gəlir. Sizi narahat edən məqamlar varmı?
- Yeni bir şey yoxdu. Nə var, əvvəldən olan problemlərdi. İndi narahat olacaq yeni problem yoxdu.
- “Roma” ilə matçda “Qarabağ”ın xal qazanmaq şansı nə dərəcədə realdı?
- Reallığı nəzərə alsaq, çox çətindi. Amma futbolda möcüzələr də baş verir, çox şey dəyişir. Çempionlar Liqası tam fərqli səviyyədi və komandalar yüksək oyun nümayiş etdirirlər. “Qarabağ”ı çətin oyun gözləyir, amma lehinə olan məqamlar az deyil – tribunaların dolu olacağı, doğma meydan amili və s. Milli də Xorvatiyaya qarşı doğma meydanda qolsuz heç-heç etməklə 1 xal qazanmışdı. Yenə deyirəm, “Çelsi”, “Atletiko” və “Roma” kimi komandalara qarşı oynamaq çox çətindi.
- Millinin hazırlıq planı necə olacaq?
- Sentyabrın 30-da təlim-məşq toplanışı başlayır. Turdan sonra Çexiya ilə matça hazırlaşmaq üçün az vaxtımız qalır. Oyunun səhərisi günü Almaniyaya yollanacağıq. Vaxtımız azdı, amma çempionatın təqvimi belədi, nə edə bilərik?
- U-21-lə bağlı hazırkı durum sizi narahat edirmi? İrlandiya ilə oyundan sonra hirsli idiniz…
- Ona görə hirsli idim ki, U-21 əsas millinin ehtiyat komandasıdı. Amma ehtiyat komandadan əsas milliyə yüksələcək potensiallı futbolçu görmürəm. Halbuki bu gün bizə bir neçə mövqedə rəqabət yaradacaq alternativ futbolçular lazımdı. Hirslənirəm ki, gənc futbolçular arasından seçim edə bilmirik.
- Bu futbolçular klublardan gəlirlər. Deməli, ordakı məşqlərin səviyyəsi çox aşağı olur. Klublarla milli əlaqəli şəkildə işləyirmi?
- Gənc oyunçulardan danışarkən, hazırkı nəsildən söhbət gedir. Uşaq futbolunda səhvlərə yol verilib. Konkret U-21-dən danışsaq, burda oynayan futbolçu sabah əsas milliyə namizəd olmalıdı. Ancaq bu gün həmin potensiala sahib oyunçu görmürük. Bəlkə 10 ildən sonra daha yaxşı nəsil yetişəcək. Lakin bu gün 19-20 yaşlı futbolçular yüksək səviyyədə çıxış edə bilmirlər ki, əminliklə onun əsas milliyə namizəd olduğunu qeyd edim.
apasport.az
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA-nın yeni baş katibi o olacaq - ÖZƏL
- “Sabah”da rəhbər dəyişikliyi: Yeni prezident o olacaq - ÖZƏL
- Fərid Qayıbov narazıdır: AFFA-nın konfransını boykot edəcək - ÖZƏL
- Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
- FİFA AFFA-nın konfransında azərbaycanca danışacaq - ÖZƏL
- Zaur Qəhrəmanovun “Neftçi”dən getməsinin səbəbi məlum oldu
- Asif Məmmədov: “Kimsə bunu sübut etsə, üzr istəməyə hazıram”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Rövşən Nəcəf: “Etimadı doğrultmaq üçün əlimdən gələni edəcəm”
- Qurbanovdan nümunəvi addım
- İcraiyyə Komitəsinin yeni üzvü “Neftçi”yə gəlişini şərh etmək istəmədi: “İnşallah gələn həftə...”
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Prezidentin nəvəsindən Qara Qarayevə dəstək
- Basketbol federasiyasının diqqətinə: Təhlükəsizliyə bu qədər biganə yanaşmaq olmaz!
- Azər Bağırov: “Futbolçular tapşırıqları icra etmirlər”
-
11:34
İvan Brkiç: “Neftçi”nin şərəfi uğrunda canımızı meydanda qoymalıyıq”
-
11:08
AFFA Salyanskini əfv etmədi
-
10:21
Samir Abasov “Barselona”nın prezidenti ilə görüşdü FOTOLENT
-
09:59
"Karvan"dan 4 qollu qələbə VİDEO
-
09:47
Mahir Emrelidən Azərbaycan cüdoçularına dəstək
-
09:30
Musa Qurbanlı oynamadı, komandası yenə uduzdu VİDEO
-
23:55
Azərbaycan millisindən 2 bürünc medal
-
23:07
Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb
-
21:31
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
-
20:42
Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
-
20:19
Cüdoçumuz Avropa çempionatının finalında uduzdu
-
18:28
"Bağçam"ın IV Şahmat Festivalı başa çatdı
-
17:50
U-17 millimiz Özbəkistana məğlub olub
-
17:36
AFFA Premyer Liqa klublarının maliyyə menecerləri üçün seminar keçirib
-
17:14
Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş futzal turniri başlayıb
-
16:43
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
-
16:27
Ağadadaş Salyanski: “Bojoviç nə qərar versə, o da olacaq”
-
16:05
Şahin Bağırov Bərdədə voleybol klubunun ilk məşqini izləyib
-
15:52
Azərbaycanlı basketbol məşqçilərinə sertifikatlar təqdim olunub
-
15:38
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi
-
15:11
"Qəbələ"nin futbolçusu əməliyyat olunub
-
14:49
Azərbaycanın üç bədii gimnastı Bolqarıstandakı turnirdə iştirak edəcək
-
14:04
PFL hakim təyinatlarını açıqladı
-
13:56
Juninyo: "Qarabağ"la 2 illik müqaviləm var, amma...”
-
13:25
Akrobatika gimnastikası üzrə ölkə birinciliyi və Bakı çempionatı start götürüb
-
13:12
AFFA rəsmisi UEFA-nın iclasında iştirak edib
-
13:00
Matias azarkeşlərdən üzr istədi, boykotu düzgün saymadı: “Klubun adı oyunçulardan üstün olmalıdır”
-
12:33
Musa Qurbanlı: "Yayda nələr olacağını birlikdə görəcəyik"
-
11:49
Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı start götürüb
-
11:27
Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib
-
11:14
"Atalanta" İtaliya kubokunun finalında VİDEO
-
11:06
Finalda təkrarlanan 6-cı cüt
-
10:58
"Mançester Yunayted" 3 xalı 4 qolla qazandı VİDEO
-
10:45
Patrik Andrade: “4 qolluq qələbələr üzümüzü güldürür”
-
10:32
"Trabzonspor" finala yaxınlaşdı VİDEO
-
10:23
“Qarabağ” “Neftçi”yə çatdı
-
10:11
Çempionluq yolunda "Liverpul"a ağır zərbə VİDEO
-
09:59
Azərbaycan kubokunda yeni rekord
-
09:47
PSJ-dən 4 qollu qələbə VİDEO
-
09:30
"Qəbələ"də 300-cü oyun
-
22:39
Qurban Qurbanov: “Bəli, mənə müəllim, hoca deyirlər, amma...”
-
22:14
Bojoviç: “...gözləmək lazımdır”
-
22:00
Avropa çempionatı: Azərbaycan boksçusu yarımfinala vəsiqə qazanıb
-
21:48
"Zirə" və "Qarabağ" finalda
-
21:26
"Qarabağ" - "Neftçi" matçında 5 qol VİDEO
-
20:11
Sxadadze: “Zirə” həm yaxşı oynadı, həm də xarakter göstərdi”
-
19:23
"Zirə"ni finala yüksəldən qələbə VİDEO
-
18:57
Rəşad Sadıqovdan qələbə şərhi VİDEO
-
17:05
Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb
-
16:48
Region Liqası: Finalın yeri və başlama saatı müəyyənləşib