26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Qriqorçuk: “Heç nədən çəkinmirəm, sözümü deyəcəyəm”

Topaz Premyer Liqasının 5-ci turunda “Qəbələ” səfərdə “Səbail”i 3:1 hesabı məğlub edib. Futbolxeber.az saytının məlumatına görə, oyunsonrası mətbuat konfransında “Qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçuk jurnalistlərin suallarını cavablandırıb:

- Qələbə qazandığımıza görə şadam. Oyundan razı qaldım. Uşaqların hamısına “afərin” deyirəm.

- İlk hissədə hakimlərin bəzi qərarlarına sərt şəkildə etiraz edirdiniz.

- Qol epizodu ilə bağlı dəqiq söz deməkdə çətinlik çəkirəm. Amma biz oturduğumuz yerdən Hallideyin oyundankənar vəziyyətdə olmadığı aşkar görünürdü. Biz 20 nəfər ehtiyat oyunçular skamyasından bunu açıq görürdüksə, hakim necə ofsayt qeydə alır?

- Cavid Hüseynovun zədəsi nə yerdədi?

- Ciddi bir şey yoxdu. Sadəcə, bir qədər ağrıları olduğundan risk etmək istəmədik.

- “Sumqayıt”la oyundan sonra hakimlərdən narazılıq etmişdiz. Amma görünən odur ki, heç nə dəyişməyib. Bir müddət öncə isə “Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov aşağı yaş qrupun üzrə milli komandalarla bağlı danışarkən AFFA-nı tənqid etdi. Düşünmürsüz ki, etirazınızı bildirməyiniz hakimlərin sizə qarşı qərəzli qərarlarının davamına gətirib çıxaracaq?

- Mən burada olduğum müddətdə həmişə danışmışam, indi də danışacam. Heç nədən çəkinmirəm, sözümü deyəcəyəm. Demirəm ki, ancaq bizim əleyhimizə qərarlar verirlər. Ancaq düzgün qərar olmayanda bu barədə danışmalıyıq.

- İlk 10-15 dəqiqədə Daboya qarşı çox əsəbi görünürdüz. İndi düşünmürsüz ki, ona qarşı haqsızlıq etmisiz?

- İlk dəqiqədən soyuqqanlı idim. Hansısa futbolçunun oyunundan narazılıq etmişəmsə, deməli, həmin anda buna layiq idi.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30