26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

"Zirə"də yeni prezident təyinatı

“Zirə” Peşəkar Futbol Klubu (PFK) məlumat yayıb.
 
Futbolxeber.az xəbər verir ki, ardıcıl 3-cü mövsümdür Topaz Premyer Liqasında çıxış edən qəsəbə təmsilçisinin boş qalan prezident postuna yeni təyinat reallaşıb: "Məlum olduğu kimi, 2014-cü ildə təsis edilmiş “Zirə” Peşəakar Futbol Klubu qısa zamanda futbol ictimaiyyəti və azarkeşlərin etimadını doğrultmuş, onların rəğbətini qazana bilmişdir. Əldə edilmiş nailiyyətlərin qorunması, daha böyük uğurların qazanılması, eləcə də, Azərbaycan futbolunun inkişafına davamlı töhfə vermək kimi hədəflər hazırkı mərhələdə klubun daha da yüksək peşəkarlıq prinsipləri əsasında idarə olunmasını zəruri edir. 
 
Bu məqsədlə aparılan klubdaxili məsləhətləşmələrin nəticəsi olaraq, Orxan Məmmədov “Zirə” PFK-nın fəxri prezidenti seçilib. “Zirə” PFK-nun yaradılmasının əsas təşəbbüskarı olmuş O. Məmmədov klubun əldə etdiyi uğurlarda böyük rola malikdir. Buna qədər icraçı direktor vəzifəsində çalışan Natiq İsmayılov “Zirə” PFK-nın prezidenti təyin olunub. İcraçı direktor vəzifəsini isə bundan sonra Cahangir Məmmədov yerinə yetirəcək".
 
Xatırladaq ki, "Zirə"nin prezident postu ötən mövsümün əvvəlində Vüqar Astanovun gedişindən sonra boş idi. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30