26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Quti: “Qəbələ” ilk oyunda hazır deyildi”

"Hər iki komandanın növbəti mərhələyə yüksəlmək şansı bərabərdir. Ancaq biz doğma azarkeşlərimiz önündə oynayacağıq. Çətin matç olacaq. Lakin öz meydanımızda güclü oluruq. Azarkeşlərin dəstəyinə ehtiyacımız var".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Yagelloniya"nın futbolçusu Quti Avropa Liqasının ikinci təsnifat mərhələsində "Qəbələ" ilə cavab oyunu öncəsi klubun saytına deyib

"Olduqca vacib oyundur. İnanıram ki, tribunalar tam dolu olacaq və yaxşı oyun sərgiləyərək, növbəti mərhələyə vəsiqə qazanacağıq" - deyə o bildirib.

25 yaşlı müdafiəçi onları çox ağır oyun gözlədiyini söyləyib: “Qəbələ” hücum potensialı olduqca yüksək olan komandadır. Azərbaycan klubu möhkəmdir. Buna görə diqqətli olmalıyıq. Taktiki cəhətdən yaxşı iş görməliyik. Qol vurmağımız əla olar. Ancaq ən önəmlisi qol buraxmamaqdır. Çünki qapının toxunulmazlığını qoruya bilsək, üçüncü mərhələyə yüksələcəyik. Meydana çıxıb azarkeşlər üçün mübarizə aparmalı və yaxşı oyunla hədəfə çatmalıyıq".

O, qol buraxmamağa çalışacaqlarını deyib: “Bu, bizim üçün xüsusilə vacibdir. Növbəti mərhələyə yüksəlib-yüksəlməmək özümüzdən asılıdır. İlk matçda “Qəbələ”ni təəccübləndirə bildik. Onlar bizim ilk dəqiqələrdən qələbə qazanmaq üçün mübarizə aparacağımızı gözləmirdilər. İlk dəqiqələrdən niyyətimizi ortaya qoyduq. Rəqib hazır deyildi".

Qutinin sözlərinə görə, hazırda ancaq "Qəbələ" ilə oyunu düşünürlər: "Bizi başqa heç nə maraqlandırmır. “Qəbələ” səddini keçdikdən sonra “Panatinaikos” haqda düşünmək olar. Bütün diqqətimiz 100 faiz “Qəbələ” ilə cavab matçına yönəlib".

Qeyd edək ki, "Yagelloniya" - "Qəbələ" cütünün qalibi növbəti mərhələdə Yunanıstanın "Panatinaikos" klubu ilə qarşılaşacaq.

Mənbə: qol.az

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30