Ölkə futbolu
Çaxır hədiyyə edən gürcü jurnalist: “Qoy, Qurbanov Avropadakı uğurlarını bununla qeyd etsin”
Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” - “Samtredia” oyununu işıqlandırmaq üçün ölkəmizə gələn gürcü jurnalist Tengiz Paçkoriya “Qruziya Online” (apsny.ge) üçün Bakıda gördüklərindən xüsusi reportaj hazırlayıb.
Futbolxeber.az saytı həmin yazını təqdim edir:
- 11 iyul axşam saatlarında Bakıda, tanınmış hakim Tofiq Bəhramovun adını daşıyan stadionda Çempionlar Liqasının təsnifat mərhələsində “Qarabağ” və “Samtredia” arasında görüş keçiriləcək. Bu klublar arasında cavab oyunu isə iyulun 18-də Tiflisdə əfsanəvi gürcü futbolçu Boris Payçadzenin adını daşıyan “Dinamo Arena”da baş tutacaq. Azərbaycan və Gürcüstan çempionlarının qarşıdurması hər iki ölkədə maraqla gözlənilir. Gürcüstanda “Qarabağ”ın avrokuboklarda kifayət qədər təcrübəli, heyətində güclü oyunçuların olduğunu və maliyyə vəiyyətinin yaxşılığını bilirlər. Hazırlıq üçün gözəl şərtlər var və bu komanda cütün favoritidi. Bununla belə, gürcü futbolsevərlərin bir hissəsi qəlblərinin dərinliyində “Samtredia”nın sürpriz etməyə çalışacağına inanırlar.
“Samtredia”nın futbolçuları, məşqçiləri və eləcə də bu sözlərin müəllifi Tbilisidən Bakıya iyulun 9-da adi reyslə gəlib. Futbolçu və məşqçilərimiz təyyarədə təkcə sərnişinlərin deyil, həmçinin AZAL-ın cazibədar stuardessalarının da diqqət mərkəzində idi. Azərbaycan paytaxtı bizi yaxşı çox da isti olmayan bir hava ilə qarşıladı. Futbolçularımız iyulun 9-u və 10-da iki məşqə çıxdı. Hazırlıqların 2-ci mərhələsi isə matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respubilka staionunda baş tutdu.
İyulun 10-da isə hər iki komandanın baş məşqçisi oyunöncəsi mətbuat konrfansında iştirak etdi. “Qarabağ”ın mətbuat konfransı öz bazasında oldu. “Samtredia”nınkı isə oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respubilka stadionunda baş tutdu. İlk olaraq çoxlu jurnalistlər önünə “Qarabağ”ın baş məşqçisi tanınmış və yaxın keçmişin məşhur futbolçusu Qurban Qurbanov çıxdı.
Gürcüstan futbolunun veteranlarının bir çoxu Qurbanovun bir mövsüm ölkəmizdə çıxış etdiyini xatırlayır. Bu, 1991/92-ci il mövsümünə təsadüf edir. Ozurgeti “Mertsxali”sində forma geyinib. Həmin vaxt Gürcüstan çempionatının maddi və təşkilatçılıq səviyyəsi çox yüksək idi. Ölkəmizdə Litva, Belarus, Rusiya, Ukrayna, Azərbaycan və digər ölkələrdən legionerlər çıxış edirdi. Qurbanov ətraflı şəkildə komandasının hazırlıqlarından danışdı. Bildirdi ki, rəqibi qiymətləndirməməkdən söhbət belə gedə bilməz. Özü və komandası rəqibin üstün, zəif tərəflərni kifayət qədər öyrənib.
Mətbuat katibi Nurlan İbrahimov bu sözlərin müəllifini səmimi şəkildə baş məşqçiyə təqdim etdi. Bir çox həmkarlarım və minlərlə futbol azarkeşləri, Gürcüstan əhalisi adından “Qarabağ”a olan hörmətimizi bildirdim. Bu komandanın son illər Avropa arenasındakı uğurlu çıxışını qeyd etdim. Həmçinin, gürcüstanlıların “Qarabağ”ın avrokuboklardakı uğurlu çıxışının Azərbaycan üçün nə demək olduğunu da bildiyimizi söylədim. Daha sonra ona gətirdiyim suvenirləri təqdil etdim. Gürcüstan bayrağı olan qələm (gələcəkdə milyonluq müqavilələr imzalamaq üçün), eləcə də xüsusi Gürcüstan bayrağı ilə hazırlanmış gürcü çaxırını təqdim etdim ki, gələcəkdə komandasının avrokuboklardakı uğurlarını bu çaxırla qeyd eləsin. Qurbanov mənə ürəkdən təşəkkür edib, bildirdi ki, içki içən deyil. Amma çaxırı qonaqlarına təklif edəcəyini söylədi. Həmçinin cavab matçında mənə öz hədiyyələrini təqdim edəcəyini dedi. Mən təəssüflə həmin vaxt Tbilisidə olmayacağımı bildirsəm də, Qurbanov replikama dərhal cavab verdi: “Biz sizi mütləq tapacağıq”. Daha sonra o mənə gürcücə “roqora xar, bico” (“işlər necədi, bico”) sözlərni dedi. Bununla da gürcü dilini xatırladığını bildirdi.
Daha sonra bir neçə azərbaycanlı jurnalist Qurbanovun mətbuat konfransından çıxıb “Tofiq Bəhramov”a gedəndə yolboyu məndən ölkəmiz, futbolumuzdakı hazırkı durum, “Samtredia”nın şansları və millimiz haqda soruşdular. Bacardığım qədər onların suallarını cavablandırırdım. Çalışıb söhbətin məğzini Gürcüstanın reqbi və basketbol millilərinin uğurlarına çevirmək istəyirdim. Çünki son illərdə futbolumuzda fəxrediləsi uğurumuz yoxdu... Hər iki ölkənin futbol keçmişi barədə danışdıq. Xoş olan o idi ki, bir çox azərbaycanlı həmkarımız, eləcə də gənclər Gürcüstan futbolunun keçmişi barədə (20-ci əsr barədə) kifayət qədər məlumatlıdırlar.
Həmkarlarım həmçinin, mənə xəbər verdilər ki, təxminən 30-a yaxın azərbaycanlı jurnalist “Samtredia” və “Qarabağ” arasındakı cavab oyunu üçün Tbilisiyə gedəcək. Onlar avtobusla yanaşı, Tbilisidəki oteli də “Qarabağ”ın təşkil edəcəyini bildirdilər. Ümumiyyətlə, “Qarabağ” təkcə Gürcüstana yox, qrup mərhələsi çərçivəsində digər ölkələrə də jurnalistlərin səfərini (5-10 nəfər) təşkil edir. Bu praktika Avropanın bir çox yerində var. Sadəcə, təəssüflər olsun ki, maliyyə problemlərinə görə Gürcüstan klubları bunu bacarmır.
Daha sonra “Samtredia”nın baş məşqçisi Gia Tsetsadze (çoxları onu 2014-cü ildə Gürcüstanın U-19 millisindəki uğurlu fəaliyyətinə görə tanıyır) mətbuat konfransında azərbaycanlı və Bakiya öz hesabına yollanan bir neçə gürcü jurnalisin suallarını cavablandırdı.
komandasının hazırlığı barədə danışdı və qeyd etdi ki, hər zaman hücum futboluna üstünlük verir və sabahkı (bugünkü) görüşdə də ənənəsinə sadiq qalacaq: “Mən bilirəm ki, “Qarabağ” güclü rəqibdi və heyətində yaxşı futbolçular var. Müdafiədə oturub bərbad çıxış etmək niyyətində deyilik. Çalışacağıq ki, gözəl oyun göstərək. Bu futboldu və ilk növbədə azarkeşləri düşünməliyik”.
Stadionda çalışanlardan aldığımız məlumata görə, matça 16-17 min azarkeşin gələcəyi gözlənilir. Stadionun tutumu 31 mindi. Yay olduğundan Bakı sakinlərinin bir hissəsi istirahətə yollanıb. Odur ki, ilin bu dövrü üçün ÇL matçına 16-17 min azarkeşin gəlməsi normaldı. Azarkeşlər arasında “Samtredia”nın fanatlarının da olacağını gözləmək olar. Bu qismə Bakıda Gürcüstan diasporunun üzvləri və azarkeşləri aid etmək olar. Oyun yerli vaxtla 21:00-da başlayacaq. Saat Tiflisdəki ilə eynidi. Matç Gürcüstanın İctimai Televiziyasından yayımlanacaq. Bundan ötrü şərhçilər Giqa Qvensadze və Georgi Zurabişvili də Bakıdadırlar. Fürsətdən istifadə edib “Samtredia”nın mətbuat katibi Maryam Şalamberidzeyə də təşəkkür edirəm. O, Bakıda olan gürcü jurnalistlərin çatışmazlıqlarını yerindəcə həll etdi. Tsetszadenin dediyi kimi, futbolçularımız gözəl oyun sərgiləməyə hazırlaşırlar. Bunun alınıb-alınmayacağını demək çətindi. Azərbaycanlı həmkarlarım və futbol mütəxəssislərinin fikrincə, “Qarabağ” iki oyunun nəticəsinə görə mərhələ adlayacaq. Gürcü jurnalistlər də “Qarabağ”ın gücünə bələddilər. Amma qəlblərinin dərinliyundə “Samtredia”nın uğuruna inanırlar...
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA-nın yeni baş katibi o olacaq - ÖZƏL
- “Sabah”da rəhbər dəyişikliyi: Yeni prezident o olacaq - ÖZƏL
- Fərid Qayıbov narazıdır: AFFA-nın konfransını boykot edəcək - ÖZƏL
- Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
- FİFA AFFA-nın konfransında azərbaycanca danışacaq - ÖZƏL
- Zaur Qəhrəmanovun “Neftçi”dən getməsinin səbəbi məlum oldu
- Asif Məmmədov: “Kimsə bunu sübut etsə, üzr istəməyə hazıram”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Rövşən Nəcəf: “Etimadı doğrultmaq üçün əlimdən gələni edəcəm”
- Qurbanovdan nümunəvi addım
- İcraiyyə Komitəsinin yeni üzvü “Neftçi”yə gəlişini şərh etmək istəmədi: “İnşallah gələn həftə...”
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Prezidentin nəvəsindən Qara Qarayevə dəstək
- Basketbol federasiyasının diqqətinə: Təhlükəsizliyə bu qədər biganə yanaşmaq olmaz!
- Azər Bağırov: “Futbolçular tapşırıqları icra etmirlər”
-
11:34
İvan Brkiç: “Neftçi”nin şərəfi uğrunda canımızı meydanda qoymalıyıq”
-
11:08
AFFA Salyanskini əfv etmədi
-
10:21
Samir Abasov “Barselona”nın prezidenti ilə görüşdü FOTOLENT
-
09:59
"Karvan"dan 4 qollu qələbə VİDEO
-
09:47
Mahir Emrelidən Azərbaycan cüdoçularına dəstək
-
09:30
Musa Qurbanlı oynamadı, komandası yenə uduzdu VİDEO
-
23:55
Azərbaycan millisindən 2 bürünc medal
-
23:07
Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb
-
21:31
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
-
20:42
Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
-
20:19
Cüdoçumuz Avropa çempionatının finalında uduzdu
-
18:28
"Bağçam"ın IV Şahmat Festivalı başa çatdı
-
17:50
U-17 millimiz Özbəkistana məğlub olub
-
17:36
AFFA Premyer Liqa klublarının maliyyə menecerləri üçün seminar keçirib
-
17:14
Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş futzal turniri başlayıb
-
16:43
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
-
16:27
Ağadadaş Salyanski: “Bojoviç nə qərar versə, o da olacaq”
-
16:05
Şahin Bağırov Bərdədə voleybol klubunun ilk məşqini izləyib
-
15:52
Azərbaycanlı basketbol məşqçilərinə sertifikatlar təqdim olunub
-
15:38
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi
-
15:11
"Qəbələ"nin futbolçusu əməliyyat olunub
-
14:49
Azərbaycanın üç bədii gimnastı Bolqarıstandakı turnirdə iştirak edəcək
-
14:04
PFL hakim təyinatlarını açıqladı
-
13:56
Juninyo: "Qarabağ"la 2 illik müqaviləm var, amma...”
-
13:25
Akrobatika gimnastikası üzrə ölkə birinciliyi və Bakı çempionatı start götürüb
-
13:12
AFFA rəsmisi UEFA-nın iclasında iştirak edib
-
13:00
Matias azarkeşlərdən üzr istədi, boykotu düzgün saymadı: “Klubun adı oyunçulardan üstün olmalıdır”
-
12:33
Musa Qurbanlı: "Yayda nələr olacağını birlikdə görəcəyik"
-
11:49
Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı start götürüb
-
11:27
Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib
-
11:14
"Atalanta" İtaliya kubokunun finalında VİDEO
-
11:06
Finalda təkrarlanan 6-cı cüt
-
10:58
"Mançester Yunayted" 3 xalı 4 qolla qazandı VİDEO
-
10:45
Patrik Andrade: “4 qolluq qələbələr üzümüzü güldürür”
-
10:32
"Trabzonspor" finala yaxınlaşdı VİDEO
-
10:23
“Qarabağ” “Neftçi”yə çatdı
-
10:11
Çempionluq yolunda "Liverpul"a ağır zərbə VİDEO
-
09:59
Azərbaycan kubokunda yeni rekord
-
09:47
PSJ-dən 4 qollu qələbə VİDEO
-
09:30
"Qəbələ"də 300-cü oyun
-
22:39
Qurban Qurbanov: “Bəli, mənə müəllim, hoca deyirlər, amma...”
-
22:14
Bojoviç: “...gözləmək lazımdır”
-
22:00
Avropa çempionatı: Azərbaycan boksçusu yarımfinala vəsiqə qazanıb
-
21:48
"Zirə" və "Qarabağ" finalda
-
21:26
"Qarabağ" - "Neftçi" matçında 5 qol VİDEO
-
20:11
Sxadadze: “Zirə” həm yaxşı oynadı, həm də xarakter göstərdi”
-
19:23
"Zirə"ni finala yüksəldən qələbə VİDEO
-
18:57
Rəşad Sadıqovdan qələbə şərhi VİDEO
-
17:05
Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb
-
16:48
Region Liqası: Finalın yeri və başlama saatı müəyyənləşib