26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

“Qəbələ”nin ikinci sınağı

Avstriyanın Tirol bölgəsindəki İnnsburk şəhəri yaxınlığındakı Fulpmes qəsəbəsində təlim-məşq toplanışında olan “Qəbələ” hazırlıqlarını davam etdirir. Futbolxeber.az-ın məlumatına görə,  gündə iki dəfə məşq edən “qırmızı-qaralar” ikinci yoxlama oyununu keçirəcək. 
 
Şimal təmsilçisi bu gün Rusiyanın “Axmat” klubu ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
 
Bu qarşılaşma Roman Qriqorçukun yetirmələrinin mövsümlərarası dövrdə ikinci sınağıdır. Qəbələlilər ilk matçında yerli “Fulpmes”ə 8:0 hesabı ilə qalib gəlmişdi. 
 
“Qırmızı-qaralar”ın bugünkü rəqibi “Axmat” uzun illər “Terek” adı ilə çıxış edən Qroznı təmsilçisidir. Çeçenistan klubu 2016/17 mövsümündə Rusiya Premyer Liqasında 5-ci yeri tutub. Bu nəticə 1958-ci ildə yaradılan klubun tarixində çempionatlarda əldə etdiyi ən yüksək göstəricidir. “Terek” həm də 2003/04 mövsümündə Rusiya kubokunun qalibi olub. Məhz həmin uğur qroznılıların avrokuboklarda debütünə imkan verib ki, 2004/05 mövsümü klubun tarixində qitəmiqyaslı turnirlərdə yeganə çıxış olub.
 
Yoxlama oyunu
15 iyun
 
20:00. “Qəbələ” – “Axmat” (Rusiya)
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30