Ölkə futbolu
Tuyqun Nadirov: “Xəzər Lənkəran”ın geri dönməsi mümkünsüzdür”
“Xəzər Lənkəran”ın sabiq vitse-prezidenti Tuyqun Nadirov klubun gələcək taleyi barədə açıqlama verib.
Futbolxeber.az saytının məlumatına görə, “Qafqazinfo”ya danışan klub rəsmisi “ağ-yaşıllar”ın hazırki durumda Premyer Liqaya qayıdışının mümkünsüz olduğunu bildirib.
Nadirov bunun səbəblərini belə izah edib: “Klubumuz yenə də Mübariz Mənsimovun diqqət mərkəzindədir. Lakin Azərbaycanda klub futbolu və çempionat bu durumda olduğu müddətdə əsas komandanın bərpası mümkünsüzdür. Əslində, bu barədə futbol ictimaiyyətində, mətbuatda və azarkeşlər arasında çoxlu müzakirələr gedib. Çempionatda cəmi səkkiz komanda mübarizə aparır. Bu klublardan yalnız "Qarabağ" və "Qəbələ" müstəqil və peşəkar klub idarəçiliyinə malikdilər. Bunun nəticəsi olaraq, məhz bu iki klub ölkə futbolunu Avropa kuboklarında layiqincə təmsil edir.
Çempionatın özü də faktiki olaraq bu iki komanda arasında mübarizədən ibarətdir. Qalan klublar isə eyni mənbədən maliyyələşir. Özü də dövlət vəsaiti hesabına. Futbol klublarını sahibkarlar, biznes adamları maliyyələşdirməlidir. Dövlət vəsaiti isə təhsilə, səhiyyəyə, sosial layihələrə, bir sözlə əhaliyə ayrılmalıdır. Dövlətin hesabına bu qədər klubun yerli və əcnəbi futbolçularının əməyinin ödənilməsi və nəticədə bu klubların heç bir ciddi nəticə əldə etməməsi onu göstərir ki, bu qədər vəsaiti sadəcə görüntü üçün rəqabət təəssüratı yaratmağa xərclənir. Belə bir şəraitdə Avropada mübarizə aparmaq qabiliyyətində olan komandaları yaşada bildikləri üçün adını çəkdiyim hər iki klubun rəhbərlərinə alqış düşür. Lakin, bizim mövqeyimiz odur ki, belə bir çempionatda, bölgə futbolunun inkişafına əngəl olan bir mühitdə "Xəzər Lənkəran"ın əsas komandasının fəaliyyətinin bərpası qeyri-mümkündür”.
O, klublarda yaradılan Müşahidə Şuraları barədə də fikirlərini bildirib: “Klublarda Müşahidə Şuraları yaradıldı ki, idarə heyəti və Müşahidə Şurası tamamilə fərqli hüquqi anlayışlardı. Həmçinin klubların yüksək büdcəyə malik olduğu dövrlərdə legioner limitinin tətbiqi qərarları da özünü doğrultmadı. Zamanında bütün bu addımlara öz reaksiyamızı bildirmişik, razı olmadığımız məqamları istər mətbuatda, istər görüşlər zamanı qabartmışıq.
Bütün bunlar və hazırda futbolun düşdüyü vəziyyət onu sübut edir ki, futbol təsərrüfatının idarə edilməsi ilə hər hansı dövlət qurumunun idarəedilməsi fərqli məsələlərdi. Futbol sahəsinə yaxın bir insan kimi, şəxsən məni mövcud mənzərə qane edə bilməz. Çatışmazlıqların aradan qaldırılması baxımından ölkə futboluna dəstək vernək hər bir futbol rəsmisi üçün böyük şərəf və məsuliyyətdir. Heç bir variantı istisna etmək olmaz. Əlbəttə ki, hər bir addım atılmazdan əvvəl konkret hərəkət planı olmalıdır. Futbolumuzun ümumi problemlərindən biri də elə plansızlıqdır”.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA-nın yeni baş katibi o olacaq - ÖZƏL
- “Sabah”da rəhbər dəyişikliyi: Yeni prezident o olacaq - ÖZƏL
- Fərid Qayıbov narazıdır: AFFA-nın konfransını boykot edəcək - ÖZƏL
- Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
- FİFA AFFA-nın konfransında azərbaycanca danışacaq - ÖZƏL
- Zaur Qəhrəmanovun “Neftçi”dən getməsinin səbəbi məlum oldu
- Asif Məmmədov: “Kimsə bunu sübut etsə, üzr istəməyə hazıram”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Rövşən Nəcəf: “Etimadı doğrultmaq üçün əlimdən gələni edəcəm”
- Qurbanovdan nümunəvi addım
- İcraiyyə Komitəsinin yeni üzvü “Neftçi”yə gəlişini şərh etmək istəmədi: “İnşallah gələn həftə...”
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Prezidentin nəvəsindən Qara Qarayevə dəstək
- Basketbol federasiyasının diqqətinə: Təhlükəsizliyə bu qədər biganə yanaşmaq olmaz!
- Azər Bağırov: “Futbolçular tapşırıqları icra etmirlər”
-
11:34
İvan Brkiç: “Neftçi”nin şərəfi uğrunda canımızı meydanda qoymalıyıq”
-
11:08
AFFA Salyanskini əfv etmədi
-
10:21
Samir Abasov “Barselona”nın prezidenti ilə görüşdü FOTOLENT
-
09:59
"Karvan"dan 4 qollu qələbə VİDEO
-
09:47
Mahir Emrelidən Azərbaycan cüdoçularına dəstək
-
09:30
Musa Qurbanlı oynamadı, komandası yenə uduzdu VİDEO
-
23:55
Azərbaycan millisindən 2 bürünc medal
-
23:07
Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb
-
21:31
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
-
20:42
Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
-
20:19
Cüdoçumuz Avropa çempionatının finalında uduzdu
-
18:28
"Bağçam"ın IV Şahmat Festivalı başa çatdı
-
17:50
U-17 millimiz Özbəkistana məğlub olub
-
17:36
AFFA Premyer Liqa klublarının maliyyə menecerləri üçün seminar keçirib
-
17:14
Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş futzal turniri başlayıb
-
16:43
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
-
16:27
Ağadadaş Salyanski: “Bojoviç nə qərar versə, o da olacaq”
-
16:05
Şahin Bağırov Bərdədə voleybol klubunun ilk məşqini izləyib
-
15:52
Azərbaycanlı basketbol məşqçilərinə sertifikatlar təqdim olunub
-
15:38
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi
-
15:11
"Qəbələ"nin futbolçusu əməliyyat olunub
-
14:49
Azərbaycanın üç bədii gimnastı Bolqarıstandakı turnirdə iştirak edəcək
-
14:04
PFL hakim təyinatlarını açıqladı
-
13:56
Juninyo: "Qarabağ"la 2 illik müqaviləm var, amma...”
-
13:25
Akrobatika gimnastikası üzrə ölkə birinciliyi və Bakı çempionatı start götürüb
-
13:12
AFFA rəsmisi UEFA-nın iclasında iştirak edib
-
13:00
Matias azarkeşlərdən üzr istədi, boykotu düzgün saymadı: “Klubun adı oyunçulardan üstün olmalıdır”
-
12:33
Musa Qurbanlı: "Yayda nələr olacağını birlikdə görəcəyik"
-
11:49
Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı start götürüb
-
11:27
Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib
-
11:14
"Atalanta" İtaliya kubokunun finalında VİDEO
-
11:06
Finalda təkrarlanan 6-cı cüt
-
10:58
"Mançester Yunayted" 3 xalı 4 qolla qazandı VİDEO
-
10:45
Patrik Andrade: “4 qolluq qələbələr üzümüzü güldürür”
-
10:32
"Trabzonspor" finala yaxınlaşdı VİDEO
-
10:23
“Qarabağ” “Neftçi”yə çatdı
-
10:11
Çempionluq yolunda "Liverpul"a ağır zərbə VİDEO
-
09:59
Azərbaycan kubokunda yeni rekord
-
09:47
PSJ-dən 4 qollu qələbə VİDEO
-
09:30
"Qəbələ"də 300-cü oyun
-
22:39
Qurban Qurbanov: “Bəli, mənə müəllim, hoca deyirlər, amma...”
-
22:14
Bojoviç: “...gözləmək lazımdır”
-
22:00
Avropa çempionatı: Azərbaycan boksçusu yarımfinala vəsiqə qazanıb
-
21:48
"Zirə" və "Qarabağ" finalda
-
21:26
"Qarabağ" - "Neftçi" matçında 5 qol VİDEO
-
20:11
Sxadadze: “Zirə” həm yaxşı oynadı, həm də xarakter göstərdi”
-
19:23
"Zirə"ni finala yüksəldən qələbə VİDEO
-
18:57
Rəşad Sadıqovdan qələbə şərhi VİDEO
-
17:05
Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb
-
16:48
Region Liqası: Finalın yeri və başlama saatı müəyyənləşib