26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Ozobiç: “Çətin olsa da, sona qədər mübarizə aparacağıq”

“Oyun bərabər səviyyədə keçdi. Komandaların heç birinin real qol epizodları olmadı”.

Futbolxeber.az saytına açıqlamasında bu sözləri “Qəbələ”nin aparıcı üzvü Filip Ozobiç Topaz Premyer Liqasının 25-ci turunda “Qarabağ”a qarşı keçirilən oyun haqda danışarkən deyib.

Xorvat yarımmüdafiəçi son 3 tur öncəsi “Qarabağ”ın çempionluq mübarizəsində böyük üstünlük qazandığımnı bildirib:

“90 dəqiqə ərzində real qol epizodları yaratmaqda çətinlik çəkməyimizin səbəbini bilmirəm. Sona 3 tur qalmış “Qarabağ” bizdən 4 xal üstündü. Bundan sonra çempion olmaq çətin olacaq, amma sona qədər mübarizə aparacağıq”.

Ozobiç “Qəbələ”nin artıq kubokun finalı barədə düşünməsi haqda fikri qəbul etməyib: “Kubokun finalına hələ var. Hazırda həmin oyun barədə düşünmürük. Qarşıda 3 çempionat oyunumuz var. Həmin görüşlərdə qələbə qazanmaq istəyirik”.

Söhbətləşdi: FƏRƏC




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30