26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Ölkə futbolu

Tahir Gözəl: “Buna heç vaxt cəsarət etmərəm”

Bu gün Azərbaycan Kubokunda yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində “Qarabağ” səfərdə “Neftçi”ni 2:0 hesabı ilə məğlub edib. Matçdan sonra Ağdam klubunun vitse-prezidenti Tahir Gözəl Futbolxeber.az saytının əməkdaşının da suallarını cavablandırıb:
 
- Çox sevinirik ki, 2:0 hesabı ilə qalib gəldik. Məncə, “Neftçi” də çalışdı. Bizdə də əsas heyət: Riçard, Rəşad, Bədavi yox idi. Buna baxmayaraq, komandanı təbrik edirəm, çox gözəl oyun alındı. 
 
- Oyundakı atmosferlə bağlı nə deyə bilərsiniz?
- Məncə, çox sürətli oyun idi. Qarşılaşmanı çox bəyəndim. Gözəl oyuna tamaşa etdik. 
 
- Artıq demək olarmı ki, finaldasınız?
- Yox, mən futbolda buna heç vaxt cəsarət etmərəm. Amma cavab oyunu öz meydanımızdadır və bizdə böyük həvəs var. “Qarabağ”sevərləri bu oyuna dəvət edirəm. Stadionu dolduraq. Çünki iki addımımız qalıb. Həmişəki kimi iddialıyıq.
 
- “Qəbələ” də bu gün ilk oyunda 3:1 hesabı ilə qələbə qazandı və finala çox yaxınlaşdı.  Bu komanda çempionluqda da əsas rəqibinizdi…
- Bəli, “Qəbələ” ilə çox maraqlı olacaq. Hər şeyi zaman göstərəcək.
 
- Kubokun final matçının Naxçıvanda keçiriləcəyi deyilir.
- Həqiqətən? Bunu ilk dəfədir ki, eşidirəm. Onda hamımız Naxçıvanda görüşərik. 
 
- Qara Qarayevə bəzi Avropa klublarından təklif olduğu deyilir. Bu barədə sizə göndərilən rəsmi təklif var?
- Xeyr, bundan xəbərim yoxdu. 
 
- Əgər təklif olsa, onu satarsınız?
- Onu mən deyə bilmərəm. Gərək baş məşqçi ilə məsləhətləşək. Görək o nə düşünür, futbolçunun istəyi varmı. Bilsəm ki, Qarayev Avropaya gedəcək, yolu açılacaq və “Qarabağ”a çox ziyan dəyməyəcəksə, onun gedişini dəstəkləyərəm. Amma “Qarabağ”a mənfi təsir etməmək şərtilə… 
 
- Sizcə, Qara Avropanın öndə gedən klublarında oynaya bilər?
- Qarada möhtəşəm istedad var. Əlbəttə, oynayar. Niyə də olmasın? Məncə, bacarar. Amma onun yaxşı çıxış göstərməsi gedəcəyi klubdan da çox asılıdır. Kiçik yaşlarından Qaranı böyütmüşük. Əgər kluba mənfi təsir etməyəcəksə, biz də istərik ki, getsin.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30