26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Dəniz Yılmaz: “Peşman deyiləm”

Ötən gün 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində millimiz evdə Almaniyaya 1:4 hesabı ilə uduzub. Futbolxeber.az saytının məlumatına görə, yığmamızın yarımmüdafiəçisi Dəniz Yılmaz matçdan sonra jurnalistlərin suallarını cavablandırıb.
 
“Almaniya çox yaxşı komandadır. Dünya və Avropa çempionu olan komandaya qarşı oynadıq. Onlara qarşı mübarizə aparmaq asan deyil. Komanda yoldaşlarımı başa düşməkdə çətinlik çəkdiyimi deməzdim”.
 
“Bursaspor”un futbolçusu matça start heyətdə başlamaması ilə bağlı da fikir bildirib: “Heç bir narazıçılığım yoxdur. Baş məşqçi necə qərar verirsə, ona da hörmət edirəm. Azərbaycan millisini seçdiyimə görə peşman deyiləm”.
 
Futbolun sirlərini Almaniyanın “Bavariya” klubunda öyrənən Yılmaz sabiq komanda yoldaşı Tomas Müllerlə oyunun gedişində olan dialoqundan danışıb: “Dəyişən bir şey yoxdur. Tomas Müller dostumdu, “Bavariya”da bir yerdə oynamışıq. Yaxşı anlaşırıq, dialoqumuz da dostluqdan irəli gəlirdi”.
 
O, millimizin qrupdan çıxmaq şansını da dəyərləndirib: “Pozitiv düşünürük. İrəlidə oyunlarımız var və inanırıq ki, qrupdan çıxa biləcəyik”.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30