26 Aprel 2024, Cümə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

Robert Prosineçki: “Çıxış yolunu tapmışıq”

Sabah 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində millimiz evdə Almaniya ilə qarşılaşacaq. Futbolxeber.az saytının məlumatına görə, bu gün yığmamızın baş məşqçisi Robert Prosineçki oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
 
- Güclü komandaya qarşı oynayacağıq. 1 həftədi ki, bir yerdəyik. Hazırlıqdan, məşq prosesindən razı qaldım. Futbolçularıma lazım olan məlumatları çatdırdım. Əlimizdən gələni edəcəyik. Komanda sabahkı matça hazırdı. 
 
- Sabahkı oyunun start heyətini müəyyənləşdirmisizmi?
- Mən bu sualı sonda gözləyirdim. Start heyətində Kamran Ağayev, Məhəmməd Mirzəbəyov, Rəşad Sadıqov, Bədavi Hüseynov, Pavel Paşayev, Qara Qarayev, Rahid Əmirquliyev, Cavid Hüseynov, Əfran İsmayılov, Dmitri Nazarov və Ramil Şeydayev yer alacaq.
 
- Düşünmürsüz ki, bu oyunda əks-hücumlardan istifadə edib, rəqibi cəzalandırmaq olar?
- Sözsüz ki, biz rəqibin İngiltərə ilə oyununu izləmişik. Almaniya millisinin futbolçularının hansı klublarda çıxış etdiklərini hamınız bilirsiniz. Həm ölkə çempionatında, həm də Çempionlar Liqasında çıxış edirlər. Rəşadın dediyi kimi, rəqib hər komponentdə güclüdü. Komandama tapşırıqlarımı vermişəm. Əsas odu ki, onlar çıxıb, öz oyunlarını göstərsinlər. Biz rəqibi təhlil etmişik və çıxış yolunu tapmışıq. Rəqibimizin dünya çempionu olmasına baxmayaraq, sabah onları asan oyun gözləmir.
 
- Komandanın ümumi fiziki durumu necədi? Bir də futbolçularımızın özünü yaxşı tərəfdən göstərməsi üçün nə lazımdı?
- Mən uşaqların fiziki durumundan həmişə razı qalmışam. Onlar bütün bacarıqlarını hər dəfə göstəriblər. Mən də futbolçu olmuşam. Bu cür rəqibə qarşı oynamaqdan böyük motivasiya ola bilməz. Stadion azarkeşlərlə dolu olacaq.  
 
- Bizim ən böyük problemlərimizdən biri “ikinci mərtəbə”də zəif oynamağımızdı. Sabahkı matçda bununla bağlı nəsə fikirləşmisizmi?
- Almaniya yığması təkcə hava ötürmələri ilə yox, bütün komponentləri ilə güclüdü. Buna baxmayaraq, futbolçularımın sabah əlindən gələni edəcəyinə əminəm.
 
- Heyətdə görmək istədiyiniz, lakin cəlb edə bilmədiyiniz futbolçu varmı? Ruslan Abışov və Namiq Ələsgərov nümunəsini misal göstərmək olar...
- Sizin suallarınıza həmişə açıq cavab verirəm. Bəli, belə problemlərimiz var. Namiq Ələsgərov zədəli olduğu üçün sabah meydana çıxa bilməzdi. Maksim Medvedevin fiziki durumu onun oynamasına imkan vermir. Ruslan Abışovla bağlı nəsə etməyə çalışsaq da, o da zədəsi ilə əlaqədar olaraq, Almaniya ilə görüşü buraxacaq.
 
- Bu suala keçmiş futbolçu kimi cavab verməyinizi istərdik. Kamran Ağayevin Portuqaliyada problemi nədən ibarətdi?
- Bizimlə müqayisədə almanlarda belə problem yoxdu. Səlahəti çağırmaq istəyirdim, amma zədə aldı. Anar “Zirə”də çox oynamır. Kamran təcrübəli qapıçısı, uzun illərdi ki, millidə oynayır. Təcrübə baxımından digərlərini üstələyir. O ki qaldı oynamamağına, bunu özündən soruşsanız, yaxşıdı. Futbolçu həmişə məşqçini günahkar bilir. Amma yenə deyirəm ki, Kamran yaxşı qapıçıdı. Bunu seçmə mərhələnin əvvəlki oyunlarında da sübut edib.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30