7 May 2024, Çərşənbə axşamı
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"
Sxadadze ilk qələbəsini şərh etdi

Digər idman növləri

Azərbaycan çempionatlarında növbəti turların proqramı açıqlanıb

Həndbol üzrə kişi və qadınlar arasında Azərbaycan çempionatlarında növbəti turların proqramı açıqlanıb.

Futbolxeber.az saytının məlumatına görə, kişilər arasında yarışda çempionluq uğrunda mübarizəni davam etdirən “Bakı” klubu XVIII turda iddialı “Azəryol”u qəbul edəcək. Komandalar aprelin 27-də, saat 14:00-da “AHF Arena”da üz-üzə gələcəklər.

Lider “Kür” isə "Qarabağ”la münasibətləri aydınlaşdıracaq. Aprelin 28-də “Kür” Olimpiya İdman-Tədris Mərkəzində keçiriləcək matç saat 12:00-da başlayacaq.

Qadın həndbolçular arasında ölkə çempionatında isə XV turun görüşləri baş tutacaq. Yarışın favoritləri sayılan “Azəryol” və “Qarabağ” aprelin 27-də, saat 12:00-da münasibətləri aydınlaşdıracaqlar. Bu qarşılaşma “AHF Arena”da baş tutacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31