26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

AFFA 2 klubu çempionatdan kənarlaşdırdı, hakimə ömürlük cəza

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolxeber.az-ın məlumatına görə, toplantıda "danışılmış oyunlar"la bağlı bəzi sərt qərarlar qəbul olunub. Sizi həmin qərarlarla tanış edirik:
 
“UEFA-dan daxil olmuş “danışılmış oyunlarla” bağlı hesabatlara və AFFA-nın İcraiyyə Komitəsinin bununla bağlı tövsiyələrinə əsaslanaraq, “danışılmış oyunlarda” iştirak edən futbol subyektləri ilə bağlı aşağıdakı qərarlar qəbul edilsin:
 
- Aşağıda adları göstərilmiş 9 futbolçunun “danışılmış oyunlarda” iştirakı qismən sübut edildiyinə görə, onlara 2016/17 futbol mövsümünün sonuna qədər futbola aid hər bir məşğuliyyət qadağan edilsin:
 
Şahdağ (Qusar)
1. İqrar Səmədov
2. Uce Cukenyere
 
Rəvan (Bakı)
1. Elvin Əliyev
2. Cəmşid Məhərrəmov
 
Göyəzən (Qazax)
1. Arzuman Vəliyev
2. Tunar Şahtaxtinski
 
Energetik (Mingəçevir)
1. Elvin Əlizadə
2. Kamran  Lalayev
3. Ruslan Həmidov
 
- Adları “danışılmış oyunlarda” ən çox hallanan “Rəvan” FK və “Şərurspor” FK I diviziondan kənarlaşdırılsın.
- Hər iki klub I divizionda oyunların  50 % -dən çoxunda iştirak etdyinə görə hər iki kluba növbəti oyunlarında 0:3 hesablı texniki məğlubiyyət verilsin.
- I Diviziondan kənarlaşdırılmış “Rəvan” FK və “Şərurspor” FK-nın oyunçularına “azad agent” statusu verilsin.
- Adları “danışılmış oyunlarda” hallanan “Şahdağ” FK, “Energetik” FK, “Bakılı” FK və “Göyəzən” FK-ya xəbərdarlıq edilsin. Bu klubların “danışılmış oyunlarda” iştirakı ilə bağlı hər hansı yeni fakt qeydə alınarsa, bu klublar I Diviziondan kənarlaşdırılsın. 
- Hakim Anar Niyazova futbola aid hər bir məşğuliyyət ömürlük qadağan edilsin.
- “Şahdağ” FK-nın inzibatçısı Rəfael Kübərova 2 il müddətinə futbola aid hər bir məşğuliyyət qadağan edilsin".
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30