26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Ölkə futbolu

Qurbanov: “İnşallah, biz də o fəlsəfəyə uyğun gələrik”

Ötən gün Topaz Premyer Liqasında XXII turu çərçivəsində “Qarabağ” doğma meydanda AZAL-ı 1:0 hısabı ilə məğlub edib. “Azərsun Arena”dakı matçdan sonra ev sahibi komandanın müdafiəçisi İlqar Qurbanov Futbolxeber.az saytının əməkdaşının suallarını da cavablandırıb:
 
“Sevinirik ki, qələbə qazandıq. Çox maraqlı, yüksək templi oyun keçdi. Yaxşı mübarizə apardıq, amma bir çox qol vəziyyətindən yararlana bilmədik. İkinci yarıda qələbə topunu vurmağı bacardıq. Çempionatın sonlarına yaxınlaşırıq. Xal itirmək bizim üçün böyük itki olar. Hər oyuna ciddi hazırlaşırıq. Daha güvənli, səbrli, ağıllı oynayırıq. İmkanlarımız oldu. Qol vura bilməyəndə də səbrli olmalısan. Çünki əks halda öz qapında qol görə bilərsən. İkinci hissə tempi artırdıq və qələbə qolunu vurduq”.
 
O, yığmaya çağırılmamasına da münasibət bildirib: “Xeyr. Bu sualı mənə hər zaman verirlər. Mən bu barədə bir şey deyə bilmərəm. Milli komandada oynamaq təbii ki, istəyərəm. Artıq 7 ildir ki, yığmadan kənarda qalmışam. Bilmirəm bu fəlsəfə nədir. İnşallah, biz də o fəlsəfəyə uyğun gələrik (gülür)”.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30