26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Əsgər Abdullayev: “Birdən-birə kütləvi şəkildə zəhərlənmələri…”

Martın 6-sı, gecə saatlarında I Divizion təmsilçisi “Turan Tovuz”un bir neçə futbolçuları zəhərlənib. Qida zəhərlənməsi səbəbindən Tovuz Rayon Təcili Tibbi Yardım Şöbəsinə qəbul olun futbolçuların bəzilər müalicələ olunaraq evə buraxılsa da, digərləri xəstəxanada saxlanılmışdı.
 
Məsələ ilə bağlı “Turan Tovuz”un baş məşqçisi Əsgər Abdullayevlə əlaqə saxladıq. Futbolxeber.az saytına danışan təcrübəli mütəxəssis futbolçuların xəstəxanadan çıxardıqlarını deyib: “Onları oradan götürəsi olduq, Bakıya gəlirik. 5-6 futbolçu zəhərlənmişdi. Bəzilərində zəhərlənmə yüngül idi və çox böyük əziyyət vermədi. Amma Mirkamillə (Haşımlı) Eltayı (Tağıyev) xəstəxanada saxlayası olmuşduq. Bir qədər xəstəxanada qalandan sonra onları götürdük. Onlarda hardasa bir qədər düzəlmə var, amma durumlarınna axşam məşqində də baxacağıq. Sabah həkimimin verdiyi qərarə əsasən onların “Səbail”lə matçda oynayıb-oynamayacağı bəlli olacaq. 
 
Abdullayev futbolçuların zəhərlənmə səbəbinin dəqiq bilinmədiyini deyib: “Vallah, dəqiq heç nə deyə bilmərərm. Bəziləri deyir, yeməkdəndi ya sudnadı… Amma bilinən odur ki, birdən-birə kütləvi şəkildə zəhərlənmələri xoşagəlməz haldır. Məsələni araşdırmaq üçün analiz filan verilməlidir. Amma hazırda fikrimizi qarşıdakı oyuna yönəltmişik. Gəlirik Bakıya”.
 
O, hadisədə kənar qüvvələrin əlinin olduğuna inanmadığını bildirib: “Vallah, mən elə şeylərə inanmıram. Onsuz da, bu futbol hamımızındır. Hamızımız Azərbaycan futboluna xidmət edirik, məqsədimiz futbolun inkişafıdır. Bunun olacağı heç ağlıma da gəlmir. Əsas odur ki, bu futbolçularımızı tez vaxtda hazırlaşdıraq. Mən baş verənlərlə bağlı məlumat verdim. Digər məsələlərlə bağlı danışa bilmərəm”.
 
Qeyd edək ki, futbolçuların oyun saatına kimi tam sağalması sual altında olduğundan "Turan Tovuz" həm PFL, həm də "Səbail" klubundan oyunun vaxtının 2 gün sonraya yəni martın 11-nə dəyişdirilməsini xahiş etsə də, onların istəyi nəzərə alınmayıb.
 

Söhbətləşdi: ELMAR

“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir”

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30