26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Diniyev: “Futbolçularım oyunu AZAL-a hədiyyə etdi”

Bu gün Topaz Premyer Liqasında XXI tura yekun vurulur. Futbolxeber.az-ın məlumatına görə, günün ilk oyununda “Kəpəz”  doğma meydanda AZAL-la 1:1 bərabərə qalıb. 
 
Gəncə şəhər stadionundakı matçdan sonra keçirilən mətbuat konfransında açıqlama verən ev sahibi komandanın baş məşqçisi Şahin Diniyev heç-heçəni belə şərhə edib: “Oyunu gördünüz. Acınacaqlı xal itkisinə məruz qaldıq. Demək olar ki, 90 dəqiqə üstünlüyümüz şəraitində keçən oyunda uşaq səhvi etdik. Buraxdığımız qolda müdafiəçilərimizin ciddi səhvi var idi. Kimisə günahlandırmaq istəmirəm, meydanda komanda şəkilində yaxşı mübarizə apardıq.  Meydançanın bu durumda olması texnikalı futbol oynamağa icazə vermirdi. Belə stadionda daha çox uzun istifadə etməli olursan ki, bundan da az-az istifadə etdik. Belə demək olar ki, öz əlimizdə olan oyunu verdik. Məncə, futbolçularım oyunu AZAL-a hədiyyə etdilər”.
 
Diniyev qarşısına Avrokuboklara vəsiqə qazanmaq məqsədi qoyan komandanın AZAL-la oyunda xal itirməsini faciə adlandırıb: “Fasilədə futbolçulara dedim ki, ikinci qolu mütləq vurmalıyıq. Belə oyunlarda təsadüf qollar var. Biz də istəyirdik ki, rəqib fərqlənməmiş ikinci qolu da vuraq, buna yaxın idik. Ebahın, Serjinyonun və Vüqarın yaxşı imkanları olsa da, istifadə edə bilmədik. Əlbəttə, vurmayana-vurarlar. Yenə deyirəm, faciəyə bərabər xal itirdik. Biz Avrokubok yolu tutmaq üçün yol tutmuşduq, gec deyildi və bundan sonrakı evdəki oyunlarımızda qalib gəlmək lazım idi. Komandam “Neftçi” və “Qəbələ” ilə oyunlardan sonra bu gün daha yaxşı futbol sərgiləməli idi” (Futbol11.az).
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30