26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

“Qəbələ”dən 8 cavabsız qol

“Qəbələ” Futbol Akademiyasının komandaları növbəti oyunlarını keçirib. Futbolxeber.az-ın məlumatına görə, Şimal təmsilçiləri AFFA-nın təşkilatçılığı ilə keçirilən aşağı yaş qrupları üzrə liqalarda sınağa çıxıb. 
 
U-19 səfərdə “Şərurspor”la qarşılaşıb. “Qırmızı-qaralar” bu matçda 8:0 hesabı ilə qələbə qazanıb. 22 oyunda 50 xal toplayan qalib komanda 4-cü pillədə qərarlaşıb. Bakcell U-17 Liqasında çıxış edən “Qəbələ” bu turda istirahət edib. 17 qarşılaşmadan sonra hesabında 44 xalı olan əyalət təmsilçisi 3-cü pillədədir və liderdən əlavə göstəricilərdə geri qalır.
 
U-16 səfərdə “Zirə” ilə üz-üzə gəlib. “Qəbələ” bu görüşdə 3 cavabsız qolla böyükhesablı qələbə əldə edib. 17 matçdan sonra 37 xala malik kollektiv 2-ci yerdədir. Əvvəl “Zirə” ilə qollu heç-heçə edib (1:1), ardınca “Qarabağ”ı 3 cavabsız qolla məğlub edən U-15 liderliyə şərikdir. 16 oyundan sonra 44 xalla “qırmızı-qaralar” yalnız əlavə göstəricilərdə 2-cidir.
 
U-12 Liqasında Şimal-Qərb və Qarabağ regionunun Qəbələ zonasında da mövsümün ikinci yarısına start verilib. “Qəbələ” UGİM-lə dueldə 1:0 hesabı ilə qalib gəlib. 14 turdan sonra “qırmızı-qaralar” 42 xalla 1-ci, “məktəblilər” 30 xalla 3-cüdür. 
 
Eyni zonada çıxış edən U-11-lərin yarışında hər iki qəbələlilər qələbə qazanıb. “Qəbələ” ROİL-ə 12:0, UGİM “Daşqın”a 4:1 hesabı ilə qalib gəlib. 14 turdan sonra “Qəbələ” 42 xalla 1-ci, UGİM 39 xalla 2-cidir.
 
U-10 Liqasının eyni zonasında Gİİ və UGİM arasında Qəbələ derbisində birincilər qalib gəlib – 2:1. Bu turu buraxan “Qəbələ” 13 oyunda 37 xalla 1-ci, Gİİ 30 xalla 3-cü, 22 xala malik UGİM 7-ci yerdə qərarlaşıb.
 
“Qəbələ”nin qızlardan ibarət komandası isə yüksək liqada “Veqa”ya qalib gəlib – 3:0. 10 oyunda 25 xal yığan “qırmızı-qaralar” 2-ci pillədədir.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30