26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Ölkə futbolu

Riçard Almeyda: "Milli komandaya dəvət olunduğuma görə..."

Bu gün Topaz Premyer Liqasında XX tura yekun vurulub. Futbolxeber.az-ın məlumatına görə, günün ilk oyununda “Qarabağ” doğma meydanda “İnter”ə 0:1 hesabı ilə uduzub. “Azərsun Arena”dakı matçdan sonra ev sahibi komandanın braziliyalı futbolçusu Riçard Almeyda əməkdaşımızın da suallarını cavablandırıb. Təcrübəli yarımmüdafiəçi bu gün AFFA-nın baş katibi Elxan Məmmədovla görüşündən və millimizdə çıxış etməklə bağlı təklifi qəbul etməsindən danışıb. 
 
- AFFA-dakı görüş necə keçdi?
- Orada bəzi hüquqi məsələlər vardı, rəsmi sənədlərlə bağlı. Onları imzalamalı idim. İmzaladıqdan sonra da baş katiblə görüşümüz oldu. Ümumu görüş keçdi. Xüsusi nəsə olmadı. Milli komandaya dəvət olunduğuma görə məmuniyyət duyduğumu bildirdim. 
 
- Səni nə vaxt dəvət edəcəklər?
- Bu, komanda oyunudur, hamı bir-birinə kömək edir. Mən də komanda yoldaşlarıma köməklik etməyi fikirləşirəm. Bunu etməyi bacarsam, çox yaxşı olar. 
 
- Ümumiyyətlə, millidən nə vaxt dəvət gösləyirsən? Martda, yoxsa, iyundakı Şimali İrlandiya ilə oyunda? 
- Bunu tam olaraq, bilmirəm. Çünki hüquqi məsələlər var. Pasport məsələsi nə vaxt həll olunsa, işlər yekunlaşsa, ondan sonra danışmaq olar. Hazırda ancaq “Qarabağ”la bağlı düşünürəm.  
 
- Bəs bügünkü oyunla bağlı nə deyə bilərsən? Uduzdunuz…
- Bu, futboldur, uduza da bilərik. Hər şey ola bilər. 
 
- Səncə, komanda niyə belə zəif oynadı? “İnter”lə oyununuz niyə alınmadı?
- Zəif oynamağımızla bağlı fikirlərinizə hörmətlə yanaşıram. Amma biz düşünmürük ki, zəif oynadıq. Sadəcə olaraq, qol vura bilmədik. Bu da futbolda olan hadisədir. 
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30