26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Ölkə futbolu

Şahin Diniyev: “Nicat fasilədə ağlayırdı”

"Hər iki komanda sonadək mübarizə apardı. "Qarabağ"la əvvəlki ev oyunu ilə müqayisədə daha gərgin oyun oldu".
 
Futbolxeber.az-ın məlumatına görə, bunu "Kəpəz"in baş məşqçisi Şahin Diniyev evdə "Qəbələ" ilə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XX tur matçından sonra deyib.
 
51 yaşlı mütəxəssis 38-ci dəqiqədə rəqib futbolçu Nika Kvekveskirini vurduğu üçün qırmızı vərəqə alan Nicat Qurbanova sahib çıxıb: "Nicat fasilədə ağlayırdı. Başa düşürəm ki, səhvə yol verib. Özü də səhvə yol vermişdi. Belə vəziyyətdə futbolçunu cəzalandırmaq yox, ona dəstək olmaq lazımdır".
 
Ş.Diniyev Serjinyonun hücum xəttində oynatmasının səbəbini də açıqlayıb: "Qəbələ"nin müdafiəçiləri qarşısında ucaboy yox, texnikalı futbolçu oynatmaq lazım idi. Ona görə də Serjinyonu irəli çəkdik".
Baş məşqçi litvalı qapıçı Tadas Simaitisin artıq üçüncü turdur ehtiyatda qalmasını oyun zamanı buraxdığı kobud səhvlə əlaqələndirməyib: "Deməzdim ki, Simaitis kobud səhvlərə görə ehtiyatda qalır. Biz ümumi ailəyik. Sabah Davud Kərimi də səhv edə bilər". ("Report")
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30