26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Ölkə futbolu

Tərlan Əhmədov: "Real”ın, "Barselona”nın oyunçularını assınlar”

Bu gün Topaz Premyer Liqasında XIX tura yekun vurulur. Futbolxeber.az-ın məlumatına görə, günün ilk oyununda “Sumqayıt” doğma meydanda AZAL-ı 1:0 hesabı ilə məğlub edib. “Kapital Bank Arena”dakı matçdan sonra keçirilən mətbuat konfransında açıqlama verən qonaq komandanın baş məşqçisi Tərlan Əhmədov məğlubiyyəti belə şərhə edib:
 
- Futbolçularımdan razı qaldım, mübarizə apardıq. Cəmi 1 səhvə görə məğlub olduq. İmkanlarımız olsa da, qol vura bilmədik. Məğlubiyyətə səbəbkar futbolçular yox, mənəm. Bəxtimiz gətirmədi, təəssüflənirik. Bundan sonra qarşıdakı oyunlara hazırlaşmalıyıq. Yaxın günlərdə rəhbərliklə görüşümüz olacaq, bəzi məsələlərə aydınlıq gətirməliyik.
 
- Dediniz ki, komandanın məğlubiyyətinə günahkar özüməm. Günahınızı nədə görürsünüz?
- Görünür ki, komandanı oyuna yaxşı kökləyə bilməmişəm.
 
 - Ad baxımından götürsək, AZAL bu heyətlə medallar uğrunda mübarizə apara bilər. Amma bu gün heyətinizdə olan təcrübəli futbolçular kobud səhvlər edirlər...
- Futbolda belə hallar olur. Dahi futbolçular da səhv edirlər. Rəşadı, Vaqifi və Ruslanı qınamaq istəmirəm. Əgər səhvlərdən danışırıqsa, gərək "Real”ın, "Barselona”nın oyunçularını assınlar.
 
- Komandaya cəlb olunan futbolçulardan razısınız?
- Vallah, nə deyim. Arkadi Qalıperin artıq komandamızda uyğunlaşıb. Eyni sözləri Sadio haqda da deyə bilərəm. Omeqa da yaxşı oynadı, çox soyuqqanlıdır. Madunun isə artıq çəkisi var, ümid edirəm ki, o da komandaya uyğunlaşacaq. 
 
- Bəs, Vaqif Cavadovun oyunu sizi qane edir? Ona bildirmisiniz ki, AZAL son dayanacaqdı?
- Mən heç kimə heç nə bildirmirəm. Vaqif düşdüyü vəziyyətdən özü çıxmalıdır. Deyə bilmərəm ki, AZAL Vaqifin son dayanacağıdır. Bəlkə, bizim komandamızdan yaxşı komandaya transfer ediləcək. Mənim Vaqifə ümidim böyükdür.
 
- Maraqlıdır, pulu olmayan AZAL bu qədər legioneri necə transfer edir?
- Dostlar sağ olsun. Dostlar Mehdi Taoulini kömək məqsədi ilə komandamıza göndəriblər (sportnet.az).
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30