Ölkə futbolu
“Kəpəz”in faydasız manipulyasiya cəhdləri (YAZI)
Bir müddət öncə “Kəpəz”in Azərbaycan Premyer Liqasındakı uğursuz çıxışı, komanda daxilindəki mövcud vəziyyət, azarkeşlərin narazılığı və s. ilə bağlı yazıda bəzi mətləblərə aydınlıq gətirməyə çalışmışdıq. Xüsusi vurğulamışdıq ki, perspektivdə yaxşı heç nə görünmür və belə getsə, komandanın vəziyyəti daha da ağırlaşacaq.
Üstündən çox uzun müddət də keçməyib, ancaq komandadakı böhranın daha da dərinləşdiyi göz önündədi. Təkcə onu nümunə göstərmək kifayət edir ki, Gəncə klubu ardıcıl 5 oyundu xal üzü görmür və Premyer Liqada sondan 2-cidi.
Klub rəhbərliyi isə problemləri aradan qaldırmaq üçün faktiki olaraq heç nə etmir.
“Kəpəz”in əsas problemləri nələrdi?
- Qeydə alınan uğursuz nəticələr, idarəçilik və maliyyələşmə məsələləri, stadion, komandanın get-gedə Bakı klubuna çevrilməsi, pisləşən klub-azarkeş münasibətləri və s.
“Kəpəz”, bir növ, sahibsiz qalıb. Düzdü, komanda rəsmi olaraq, AFFA-nın himayəsindədi və qeyri-rəsmi Gəncənin icra başçısının da müəyyən məsələlərdə yardımları var. Amması isə o yerdədi ki, heç bir himayə tam formada deyil. “Kəpəz” həqiqətən də köklü klubdusa - ki, buna şübhə yoxdu - və Azərbaycan futbolu üçün əhəmiyyəti böyükdüsə - indiki məqamda şübhəlidi - həm AFFA, həm də varsa, digər himayədarlar birdəfəlik kluba sahib çıxmalıdılar. Yoxsa, adı Gəncənin, özü Bakının, stadionsuz, Azərbaycan futboluna xeyri olmayan komanda nə gəncəlilərə lazımdı, nə də digərlərinə.
Ölkənin ən böyük ikinci şəhərinin futbolsuz qalması və ölkənin ən köklü iki klubundan birinin dağılması “Azərbaycanda futbol inkişaf etmir” fikri üçün kifayət qədər güclü arqument olar. Bu baxımdan AFFA “Kəpəz”in mövcudluğunu saxlamaqla bir növ “Gəncədə futbol var” assosiasiyası yaratmağa çalışır.
Gəncədə futbol var?
“Kəpəz” azarkeşlərinin (oxu: “Xəmsə”nin) ən ciddi narazılığı komandanın Gəncə ilə demək olar ki, bağlılığının olmaması ilə əlaqədardı. “Kəpəz” faktiki olaraq, oyundan-oyuna Gəncəyə gedir. Nə qədər paradoksal görünsə də, bu, hələ jurnal hissədi. Kino hissədə isə klubun ev oyunları üçün Gəncəyə rəqib komandaların “Kəpəz”dən əvvəl getməsi nümayiş etdirilir.
Komandanın ölkənin ikinci ən böyük şəhərindən uzaqlaşmasının səbəbi sadədi - stadion!
Gəncə şəhər stadionu o vəziyyətdədi ki, məşq etmək üçün normal meydançası yoxdu. Bu yerdə “paradoksun kvadratı” əmələ gəlir. Məşq üçün şəraiti olmayan Gəncə şəhər stadionunda Premyer Liqa oyunları keçirilir.
Haqlı olaraq, hazırkı vəziyyət digər klubların da narazılığına səbəb olur. Xüsusilə, çempionluğa iddialı komandalar futbol üçün yox, məsələn çövkən oyunu üçün nisbətən yararlı olan meydançada çıxıb xal itirmək, ya da daha önəmlisi oyunçularını şikəst etmək istəmir. Hətta Klublar Komitəsinin son iclasından sonra “Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov bu işdə “Kəpəz”ə hər köməyi etməyə, onları yaxşı mütəxəssislərə yönləndirməyə hazır olduqlarını bildirdi.
“Kəpəz”dən tələb də sadədi, heç kim yeni stadion istəmir. Heç olmasa, oynamağın mümkün olduğu meydança tələb edilir. Gəncə şəhər stadionunun ot örtüyü dəyişdirilsə, həm normal oyun keçirilər, həm də azarkeşlərin “hirsi soyuyar”.
Klub rəhbərliyi bu məsələlərlə məşğul olmaq əvəzinə, faydasız və mənasız manipulyativ işlərə gedir. Bir vaxtlar “Xəzər Lənkəran”ın etdiyi azarkeşlərlə görüşlərin təşkili taktikasını indi də “Kəpəz” yerinə yetirir. Bu görüşlərdə, adətən, bir növ klubun AFFA ilə əlaqələndiricisi Mikayıl Nərimanoğlu, icraçı direktor Cabir İbrahimov və fanklublarla iş üzrə əlaqələndirici Elmar Əliyev iştirak edir. Azarkeşlər arasında isə komandanın ən böyük fanklubu “Xəmsə” görüşlərə qatılmır. Sonuncu dəfə də bu narazı qrup çağırılsa da, iştirak etməyib və bunu sadəcə əlavə vaxt itkisi sayıb.
Görünən odur ki, bu görüşlər, həqiqətən də vaxt itkisidi. Sanki azarkeşlərə “bir az da dişinizi sıxın, görək, başımıza nə gəlir” deyib sakitləşdirməyə çalışırlar. Problem, şikayət və narazılıqlar isə ilk dövrlərdə necədirsə, o cür də qalır. Klubu boykot edən azarkeşlər manipulyasiya xarakterli mənasız və fayda verməyən görüşləri istəmir, problemlərin yoluna qoyulmasında əməli fəaliyyət gözləyir.
Bir dəfə saytımıza açıqlamasında Müşahidə Şurasının üzvü bu cür görüşlərin nəticəsi olaraq, ötən mövsüm və bu mövsümün geridə qalan hissəsində “Kəpəz”in ev oyunlarına gələn azarkeş sayının digər bütün komandaları üstələdiyini bildirmişdi. Təbii ki, kimdənsə, buna inanmağı gözləmək olmaz.
“Kəpəz”in oyunlarına azarkeşlər ona görə gedirlər ki - nə qədər standart ifadə olsa da - onlar futbolu bilirlər və daha əhəmiyyətlisi futbolsuzluğu da bilirlər. Azarkeşlər (yenə “Xəmsə” oxu) çox keçməyəcək ki, yenidən “Kəpəz”i itirəcəkləri günün uzaqda olmamasından ehtiyatlanırlar və komandanın Bakı klubuna çevrilməsi onların səbrini daşırmağa kifayət edib.
Acta est fabula! Oyun bitdi, cənablar! İş görmək vaxtıdı.
Faiq Tahirov, futbolpress.az
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA-nın yeni baş katibi o olacaq - ÖZƏL
- “Sabah”da rəhbər dəyişikliyi: Yeni prezident o olacaq - ÖZƏL
- Fərid Qayıbov narazıdır: AFFA-nın konfransını boykot edəcək - ÖZƏL
- Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
- FİFA AFFA-nın konfransında azərbaycanca danışacaq - ÖZƏL
- Zaur Qəhrəmanovun “Neftçi”dən getməsinin səbəbi məlum oldu
- Asif Məmmədov: “Kimsə bunu sübut etsə, üzr istəməyə hazıram”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Rövşən Nəcəf: “Etimadı doğrultmaq üçün əlimdən gələni edəcəm”
- Qurbanovdan nümunəvi addım
- İcraiyyə Komitəsinin yeni üzvü “Neftçi”yə gəlişini şərh etmək istəmədi: “İnşallah gələn həftə...”
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Prezidentin nəvəsindən Qara Qarayevə dəstək
- Basketbol federasiyasının diqqətinə: Təhlükəsizliyə bu qədər biganə yanaşmaq olmaz!
- Azər Bağırov: “Futbolçular tapşırıqları icra etmirlər”
-
11:34
İvan Brkiç: “Neftçi”nin şərəfi uğrunda canımızı meydanda qoymalıyıq”
-
11:08
AFFA Salyanskini əfv etmədi
-
10:21
Samir Abasov “Barselona”nın prezidenti ilə görüşdü FOTOLENT
-
09:59
"Karvan"dan 4 qollu qələbə VİDEO
-
09:47
Mahir Emrelidən Azərbaycan cüdoçularına dəstək
-
09:30
Musa Qurbanlı oynamadı, komandası yenə uduzdu VİDEO
-
23:55
Azərbaycan millisindən 2 bürünc medal
-
23:07
Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb
-
21:31
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
-
20:42
Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
-
20:19
Cüdoçumuz Avropa çempionatının finalında uduzdu
-
18:28
"Bağçam"ın IV Şahmat Festivalı başa çatdı
-
17:50
U-17 millimiz Özbəkistana məğlub olub
-
17:36
AFFA Premyer Liqa klublarının maliyyə menecerləri üçün seminar keçirib
-
17:14
Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş futzal turniri başlayıb
-
16:43
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
-
16:27
Ağadadaş Salyanski: “Bojoviç nə qərar versə, o da olacaq”
-
16:05
Şahin Bağırov Bərdədə voleybol klubunun ilk məşqini izləyib
-
15:52
Azərbaycanlı basketbol məşqçilərinə sertifikatlar təqdim olunub
-
15:38
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi
-
15:11
"Qəbələ"nin futbolçusu əməliyyat olunub
-
14:49
Azərbaycanın üç bədii gimnastı Bolqarıstandakı turnirdə iştirak edəcək
-
14:04
PFL hakim təyinatlarını açıqladı
-
13:56
Juninyo: "Qarabağ"la 2 illik müqaviləm var, amma...”
-
13:25
Akrobatika gimnastikası üzrə ölkə birinciliyi və Bakı çempionatı start götürüb
-
13:12
AFFA rəsmisi UEFA-nın iclasında iştirak edib
-
13:00
Matias azarkeşlərdən üzr istədi, boykotu düzgün saymadı: “Klubun adı oyunçulardan üstün olmalıdır”
-
12:33
Musa Qurbanlı: "Yayda nələr olacağını birlikdə görəcəyik"
-
11:49
Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı start götürüb
-
11:27
Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib
-
11:14
"Atalanta" İtaliya kubokunun finalında VİDEO
-
11:06
Finalda təkrarlanan 6-cı cüt
-
10:58
"Mançester Yunayted" 3 xalı 4 qolla qazandı VİDEO
-
10:45
Patrik Andrade: “4 qolluq qələbələr üzümüzü güldürür”
-
10:32
"Trabzonspor" finala yaxınlaşdı VİDEO
-
10:23
“Qarabağ” “Neftçi”yə çatdı
-
10:11
Çempionluq yolunda "Liverpul"a ağır zərbə VİDEO
-
09:59
Azərbaycan kubokunda yeni rekord
-
09:47
PSJ-dən 4 qollu qələbə VİDEO
-
09:30
"Qəbələ"də 300-cü oyun
-
22:39
Qurban Qurbanov: “Bəli, mənə müəllim, hoca deyirlər, amma...”
-
22:14
Bojoviç: “...gözləmək lazımdır”
-
22:00
Avropa çempionatı: Azərbaycan boksçusu yarımfinala vəsiqə qazanıb
-
21:48
"Zirə" və "Qarabağ" finalda
-
21:26
"Qarabağ" - "Neftçi" matçında 5 qol VİDEO
-
20:11
Sxadadze: “Zirə” həm yaxşı oynadı, həm də xarakter göstərdi”
-
19:23
"Zirə"ni finala yüksəldən qələbə VİDEO
-
18:57
Rəşad Sadıqovdan qələbə şərhi VİDEO
-
17:05
Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb
-
16:48
Region Liqası: Finalın yeri və başlama saatı müəyyənləşib