26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

“Səbail”in baş məşqçisi: “Premyer Liqanı yox, I yeri düşünürük”

I divizionun favoritlərindən “Səbail” II dövrəyə qələbə ilə başladı. Debütant MOİK üzərində 2:0 hesablı qələbə qazandı. Matçdan sonra “Səbail”in baş məşqqçisi Elman Sultanov Futbolxeber.az saytına müsahibəsində komandasının qələbəsini belə şərh etdi: “Komandamızı təbrik edirəm, uşaqlar gözəl oyun keçirdilər. Qış fasiləsində yaxşı hazırlıq keçmişdik. Yalnız II dövrənin ilk turunun olmamasının, 10 gün oyunsuz qalmağımızın komandaya mənfi təsir edəcəyindən ehtiyatlanırdıq. Lakin futbolçular əllərindən gələn etdilər. Sevinirəm ki, çətinliklərə baxmayaraq, güclü rəqib üzərində qələbə qazandıq”.

Qələbəyə baxmayaraq, “Səbail”in çıxışını parlaq adlandırmaq olmaz. Çünki MOİK-lə matçda Elman Sultanovun yetirmələri rəqib qapısı qarşısında real qol epizodları yaratmaqda çətinlik çəkirdi. Sultanov oyun planındakı çatışmazlıqları tezliklə aradan qaldıracaqlarını bildirdi: “Birinci oyun hər zaman çətin alınır. Hamı qələbə ilə başlamaq istəyir. Buna görə də adan qələbə qazanmaq qeyri-mümkündür. Əsas odur ki, 3 xalımızı götürmüşük. Rəqibə də uğurlar arzulayırıq. MOİK yaxşı komandadır. Bizə gəldikdə isə gələn oyunlarda çatşmazlıqları aradan qaldıracağımıza inanıram”.

Qış fasiləsində “Səbail” heyətini 9 yeni futbolçu ilə gücləndirdi ki, onlardan da bəziləri MOİK-lə oyunda meydana çıxmışdılar. Baş məşqçi həmin futbolçulardan narazı qalmadığını qeyd etdi: “Yeni transfsrlərdən razıyam. Məşqlərdə tam gücləri ilə çalışırlar. Düzdür, ilk oyunda yeni transferlərin heç də hamısı meydana çıxmadı. Amma oynayanlardan razı qaldım. Ümumiyyətlə, MOİK-lə matça görə kimdənsə narazılığım yoxdur”.

“Səbail”in çalışdırıcısı növbəti dəfə bəyan edib ki, komandasının məqsədi bu mövsüm I divizionda çempion olmaqdır: “Təbii ki, Premyer Liqaya yüksəlsək, heyət mütləq güclənməlidir. Amma hazırda bu barədə fikirləşməyə dəyməz. İndi Premyer Liqanı yox, I yeri tutmağı düşünürük. Məqsədimiz çempion olmaqdır. Təbii ki, bu, heç də asan olmayacaq. Çünki bu mövsüm I divizonda bir neçə komanda iddialıdır. Yenə də əlimizdən gələni edəcəyik ki, istəyimizə çataq”.

I divizionun 16-cı turunda “Səbail” öz meydanında “Qaradağ-Lökbatan”ı qəbul edəcək. Elman Sultanov bu matça revanş almaq üçün çıxacaqlarını dedi: “İlk dövrədə “Qaradağ-Lökbatan”a 2:4 hesabı ilə uduzmuşuq. Həmin vaxt komandamız tam yığılmamışdı. Bu dəfə fərqli oyun olacaq. Məqsədimiz növbəti qələbəmzi qazanmaqdır. Revanş almağa çalışacağıq”.

Söhbətləşdi: FƏRƏC

“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir” 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30