26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Bakı "İnter"ində əmək haqqı borcları tezliklə ödəniləcək

Bakının "İnter" futbol komandasında ötən iki ayın əmək haqqı tezliklə ödəniləcək. 
 
Futbolxeber.az-ın məlumatına görə, bu barədə "Report"a AFFA tərəfindən “İnter” futbol klubuna səlahiyyətli nümayəndə təyin edilən Rəmiş Malıyev məlumat verib. O bilidirb ki, hazırda "İnter"də vəsaitlə bağlı problemi yoxdur: 
 
"Klubda struktur dəyişikliyi olub. Bununla əlaqədar həllini tapmalı olan müəyyən texniki məsələlər var. Bu, vaxt aparan prosesdir. Çalışırıq ki, texniki məsələləri ən qısa zamanda həll edək. Ən qısa müddətdə həm 2016-cı ilin dekabr, həm də bu ilin yanvar ayı üçün nəzərdə tutulan əmək haqları ödəniləcək".
 
Qeyd edək ki, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) İdarə Heyəti bank tərəfindən “İnter” Peşəkar İdman Klubuna sponsorluğun dayandırılması haqqında qərar verib. Bu səbəbdən, AFFA paytaxt təmsilçisinin idarəçiliyini fevralın 1-dən üzərinə götürüb.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30