26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

“Qəbələ”dən qolsuz bərabərlik

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Qəbələ” çalışmalarını davam etdirir.
 
Futbolxeber.az-ın məlumatına görə, Şimal təmsilçisi bu gün hazırlıq çərçivəsində üçüncü yoxlama oyununu keçirib. Bunadək Albaniyanın “Partizani” (1:2) və Rumıniyanın “Qaz Metan” (1:0) klubları ilə üz-üzə gələn “qırmızı-qaralar” bu dəfə Qazaxıstan təmsilçisi “Ordabası” ilə üz-üzə gəlib.
 
Ötən mövsüm ölkə çempionatını 4-cü pillədə başa vuran komanda ilə qarşılaşmada əsasən ilk iki görüşdə az şans qazananlar meydana çıxıb. Baş məşqçi Roman Qriqorçuk “Ordabası” ilə oyunun start heyətində aşağıdakı “11-liy”ə güvənib: David Pietrzkieviç, Tellur Mütəllimov, Voislav Stankoviç, Rafael Santos, Rəşad Eyubov, Teo Viks, Cavid Hüseynov, Asif Məmmədov, Araz Abdullayev, Roman Hüseynov, Ramazan İsayev. 
 
“Qırmızı-qaralar” matça fəal başlayıb. Qarşılaşmanın əvvəlində Araz Abdullayev, Roman Hüseynov və Asif Məmmədovun zərbələri yaddaqalan olub. Qazaxıstan klubu ilə fasiləyədək yalnız bir dəfə Pietrzkieviçi ciddi narahat edib. Polşalı qolkiper rəqibin zərbəsini dəf edib. Qəbələlilər buna Tellur Mütəllimovla Arazın yaddaqalan zərbələri ilə cavab verib.
 
Oyunun gedişində gənc futbolçular Rövlan Muradov, Ülvi İbazadə və Hacıağa Hacıyev də oyuna daxil olublar. İkinci yarıda Cavid Hüseynov uzaqdan qapını nişan alsa da, zərbədə az dəqiqlik çatmayıb. 65-ci dəqiqədə “Ordabası” penalti şansı qazanıb. Lakin Pietrzkieviç Qeynrixin zərbəsini dəf edib. Matçın sonudnadək “Qəbələ” bir neçə dəfə fərqlənməyə yaxın olub. Lakin hücuma qoşulan mərkəz müdafiəçiləri Voislav Srankoviç və Rafael Santosun, həmçinin uzaqdan çərçivəyə düşməyə cəhd edən Cavidin hesabı açmasına rəqib mane olub. Beləliklə, görüş 0:0 hesabı ilə başa çatıb.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30