26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

"Qarabağ"a gəlişim qısa zamanda baş verdi”

“Qarabağ”ın yeni transferi Elşən Abdullayev klubun rəsmi saytına açıqlama verib.

Futbolxeber.az saytının məlumatına görə, sabiq “Neftçi”li Ağdam klubuna keçidi barədə danışıb: "Qarabağ"a gəlişim qısa zamanda baş verdi. "Neftçi" ilə müqaviləm bitmişdi. Həmin vaxt "Qarabağ"dan təklif gəldi və mən də dəyərləndirdim. Burada daha əvvəlcədən tanıdığım, bir yerdə oynadığım komanda yoldaşlarım var və komandada hər kəs bir ailə kimidi. Ona görə düşünürəm ki, komandama uyğunlaşmağımda bir problemim olmayacaq".

Abdullayev komandadakı rəqabətdən çəkinmədiyini də bildirib: "Əlbəttə çətin olacağını bura gəlməmişdən əvvəl dərk edirdim. Rəqabət olmayan yerdə inkişafdan da danışmaq olmaz. Ona görə bu rəqabət mənim xeyrimə olacaq. Əsas heyətə düşmək özümdən asılıdır. İnaniram ki, hər şey istədiyim kimi alınacaq".

Yeni transfer komandanın hədəflərindən də danışıb: "Çempionluq uğrunda gərgin mübarizə gedir. Komandaların hamısı çətin rəqiblərdir. Ancaq bütün rəqiblərimizə hörmətlə yanaşsaq, inaniram ki, növbəti çempionluq gələcək".

Elşən Abdullayev “Qarabağ” azarkeşləri haqda da öz fikirlərini bildirib: "Azarkeşlər hər zaman komandasının daha güclü olmasını istəyirlər. Daha baxımlı futbol görmək istəyirlər . Ümid edirəm, onlar toplanışdan sonra daha güclü "Qarabağ" izləyəcəklər".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30