26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Ölkə futbolu

“Qəbələ” akademiyası ili 7 qələbə, 2 heç-heçə ilə başa vurdu

AFFA-nın təşkilatçılığı ilə aşağı yaş qruplarından ibarət komandalar arasında keçirilən liqalarda 2016-cı ilin son oyunları baş tutub.

Futbolxeber.az saytının məlumatına görə, “Qəbələ” Futbol Akademiyasının təmsilçiləri də növbəti qarşılaşmalarını keçirib.

U-19 XV turun oyununda AZAL-la görüşüb. “Qəbələ” ev matçında 3:0 hesabı ilə qalib gəlib. 15 qarşılaşmada 37 xal toplayan “qırmızı-qaralar” yenidən turnir cədvəlinin lideri olub.

U-17 isə XIV turun ev oyununda “Rəvan”la üz-üzə gəlib. 3:0 hesabı ilə qalib gələn “Qəbələ” 13 oyundan sonra xal hesabını 32-yə çatdırıb. Liderə şərik olan komanda əlavə göstəricilərə görə 2-cidir.

U-15 Liqada I dövrənin sonuncu - XIII turu oynanılıb. “Qəbələ” səfərdə AZAL-ın qapısından 2 cavabsız qol keçirib. 12 matçda 34 xal toplayan “qırmızı-qaralar” qış fasiləsinə lider kimi yollanıb.

Paytaxt regionunun Bakı zonasında çıxış edən U-14 və U-13-ün bu il keçirməli olduğu son qarşılaşmalar təxirə salınıb.

Şimal-Qərb və Qarabağ regionunun Qəbələ zonasında mübarizə aparan U-12, U-11 və U-10-ların yarışında XIII turun matçları baş tutub. Bu kateqoriyalarda “Qəbələ” bir neçə komanda ilə təmsil olunub.

U-12 Liqasında “Qəbələ” “Daşqın”a qalib gəlib - 1:0. UGİM isə “Kürmük”lə heç-heçə edib - 0:0. 13 turdan sonra “Qəbələ” 39 xalla 1-ci, UGİM 30 xalla 3-cüdür.

U-11 Liqasında “Qəbələ” BOİK-i 8:0, UGİM “Kürmük”ü 5:3 hesabı ilə üstələyib. 13 turdan sonra “Qəbələ” 39 xalla 1-ci, UGİM 36 xalla 2-cidir.

“Qəbələ”nin üç komanda ilə təmsil olunduğu U-10 Liqasında “qırmızı-qaralar” ilk xal itkisi ilə üzləşib. Komanda UGİM (Şəki) ilə heç-heçə edib - 4:4. UGİM isə Yevlaxın UGİM “Rabitəçi”sini 7:0 hesabı ilə məğlub edib. Gİİ isə bu turda istirahət edib. “Qəbələ” 13 oyundan sonra 37 xalla 1-ci, 12 matç keçirən Gİİ 27 xalla 3-cü, UGİM 22 xalla 6-cıdir.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30