26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Ölkə futbolu

Riçard Almeyda Azərbaycan millisində oynaya bilər

“Riçard Almeyda gələn ildən Azərbaycan yığmasında oynaya bilər”. 
 
Futbolxeber.az-ın məlumatına görə, bu sözləri apasport.az saytına açıqlamasında AFFA-nın baş katibi Elxan Məmmədov deyib.
 
O bildirib ki, “Qarabağ”ın braziliyalı futbolçusu ilə yanvarda görüş olacaq. Həmin görüşdə AFFA rəsmiləri Almeydanın Azərbaycan yığmasında oynamaq məsələsini yekun olaraq, müzakirə edəcəklər: “Bildiyiniz kimi, Almeyda artıq 4 il yarımdı ki, Azərbaycandadı. Gələn ilin iyununda onun ölkəmizdə 5 ili tamam olacaq. Yanvardakı görüş zamanı Riçarda millimizdə oynamağı təklif edəcəyik. Əgər razılıq əldə olunsa, Almeyda iyun ayından etibarən Azərbaycan yığmasının formasını geyinəcək”.
 
Elxan Məmmədov söhbət əsnasında Almeydanın ilkin razılığını aldıqlarını bildirib.
 
Qeyd edək ki, “Qarabağ”ın aparıcı üzvlərindən olan Riçard Almeyda bir müddət öncə mətbuata açıqlamasında Azərbaycan millisinin formasını geyinməyə hazır olduğunu demişdi.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30