26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

“Xəzər Lənkəran”ın pulu köçdü

AFFA UEFA tərəfindən “Xəzər Lənkəran” klubuna ayrılan vəsaitlə bağlı yeni məlumat yayıb. 
 
Futbolxeber.az sizi federasiyanın rəsmi saytında yerləşdirilən həmin mətnlə tanış edir: 
 
“Xəzər Lənkəran” klubunun yaranan borc öhdəlikləri ilə əlaqədar UEFA-ya yönəltdiyimiz sorğu əsasında aldığımız məlumata görə 2015-2016-cı il mövsümü üçün uşaq futboluna görə UEFA tərəfindən ayrılan 51 104.00 avro (Əlli bir min yüz dörd avro) maliyyə vəsaiti müvafiq qaydada Xəzər Lənkəran klubunun hesabına köçürülməlidir. 
 
Vəsait bu gün AFFA tərəfindən Xəzər Lənkəran klubunun hesabına köçürülüb”.
 
Xatırladaq ki, UEFA-dan “Xəzər Lənkəran”a 120,583.68 avro ayrılsa da,  klubun AFFA, PFL, FİFA və UEFA qarşısında yerinə yetirilməmiş maliyyə öhdəlikləri olduğu üçün UEFA-nın ayırdığı vəsaitdən AFFA-ya və PFL-ə olan borclar əvəzləşdiriləcəyi, yerdə qalan məbləğin təyinatı üçün AFFA tərəfindən FİFA və UEFA-ya müvafiq müraciət ünvanlanacağı bildirilmişdi. Hər iki beynəlxalq futbol qurumunun tövsiyələri əsasında qeyd olunan maliyyə vəsaiti ilə bağlı qərar qəbul olunacaqdı.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30