26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Ölkə futbolu

İlin ən yaxşı məşqçisi: “Qəbələ” üzgün yoldadır”

Ukraynanın "Zarya" klubunun baş məşqçisi Yuri Vernidub “Qəbələ” və onun baş məşqçisi Roman Qriqorçuk barədə fikirlərini açıqlayıb.
 
Futbolxeber.az-ın məlumatına görə, yerli “Futbol” nəşrinə açıqlamasında o bildirib ki, Roman Qriqorçukla dostluq münasibətləri var. “Qəbələ”li futbolçu Vitali Vernidubun atası olan Y.Vernidub Qriqorçukun güclü mütəxəssis olduğunu söyləyib: “Ondan öyrənəcəyim çox şey var".
 
50 yaşlı mütəxəssis "Qəbələ"nin Avropa Liqasının qrup mərhələsindəki çıxışını da dəyərləndirib. Bildirib ki, bu mövzuda oğlu ilə danışmamağa çalışır: “Çünki onun baş məşqçisi yüksək səviyyəli mütəxəssisdir. O, olanları yaxşı analiz edir. "Qəbələ"nin ardıcıl ikinci il qrup mərhələsində çıxışını qeyd etmək lazımdır. Üstəlik komanda ilkin təsnifat mərhələsindən mübarizəyə başlayır. Bu, böyük uğurdur! Onlar "Lill", "Panatinaikos" kimi komandaları yarışdan kənarlaşdırıblar. "Qəbələ" düzgün yoldadır. Mən sadəcə, onların adına sevinirəm. Bu uğur həm oyunçular, həm də məşqçilər korpusu üçün təcrübədir".
 
Ukraynanın ən yaxşı baş məşqçisi seçilən Yuri Vernidub oğlunun gələcəkdə "Zarya"da çıxış etmə variantına da münasibətini bildirib: "Bu barədə nəsə demək mənim üçün çətindir. O, peşəkar futbolçudur və klubu ilə müqaviləsi var. İstəsə, özü deyəcək. Ən yaxşısı, bunu Vitaliydən soruşmaq lazımdır".
 
Qeyd edək ki, "Zarya" da bu mövsüm Avropa Liqasının qrup mərhələsində çıxış edib, amma 1/16 finala yüksələ bilməyib. (Qol.az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30