26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Ölkə futbolu

Qurban Qurbanov: “Bu, hər bir məşqçinin arzusudur” (MÜSAHIBƏ)

“Komanda.az” saytının keçirdiyi sorğuda 2016-cı ildə Azərbaycanın ən yaxşı məşqçisi seçilən Qurban Qurbanovun bu gün mükafatlandırma mərasimi keçirilib. Tədbirdən sonra təcrübəli mütəxəssis brifinq keçirib. Futbolxeber.az saytı Qurban Qurbanovun müsahibəsini təqdim edir:

- İlk növbədə sizi ilin məşqçisi seçilməyiniz münasibəti ilə təbrik edirik. Təəssüratlarınızı bölüşərdiniz.

- Təbrikə görə təşəkkür edirəm. Təəssüratlarım çox gözəldir. Məni qalib edən hər kəsə minnətdaram. Bu, hər bir məşqçinin arzusudur. Hər məşqçi uğurlu nəticə qazanmağı, ilin məşqçisi seçilməyi arzulayır.

- Bu il ən yaxşı məşqçi adı uğrunda ciddi rəqabət olacağı gözlənilsə də, siz 70 faiz səslə birinci oldunuz. Rəqiblərinizi bu qədər üstələməyiniz sizin üçün sürpriz olmadı ki?

- Həqiqətən də sürpriz oldu. Mən daha əvvəl də qeyd etmişdim ki, bu yerdə Robert Prosineçkini görürdüm. Yenə də sağ olun ki, mənə səs vermisiz.

- Hər zaman səhvlərdən nəticə çıxaran, çatışmazlıqlara diqqət ayıran məşqçisiz. “Fiorentina” ilə oyundakı məğlubiyyət sizə nə öyrətdi?

- Çox şey öyrətdi. Bunu gələcəkdə görəcəksiniz.

- Zamanı geri çevirmək imkanınız olsaydı, hansı oyundakı səhvi yenidən təkrarlamamaq istərdiniz?

- Belə oyunların sayı çox olub. Elə olur ki, hansısa qərarı gec qəbul edirsən. Amma dediyim kimi, hər məğlubiyyət böyük təcrübədir. Digər tərəfdən də son zamanlar səhvlərin sayı azalır ki, bu da sevindirici haldır.

- “Qarabağ” rəhbərliyi cari mövsüm hədəfin Avroliqada qrupdan çıxmaq olduğunu deyirdi. Komanda istəyinə çatmadı. Bu nəticə rəhbərliyi narazı salmayıb?

- Yox, narazılıq yoxdur. Klub rəhbərliyi ilə daim ünsiyyətdə oluruq. Hər zaman düşünürük necə edək ki, gələn il daha yaxşı nəticə qazanaq.

- Sizin üçün 2016-cı ildə “Qarabağ”ın ən yaxşı futbolçusu kimdir?

- Bunu demək bir qədər çətindir. Amma keçdiyi yolu, milli və klub üçün etdiyi fədakarlıqları nəzərə alsaq, Rəşad Sadıqovun adını çəkə bilərəm.

FƏRƏC




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30