26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Julien Ebah: “Premyer Liqanın səviyyəsi düşməyib” (MÜSAHİBƏ)

“Kəpəz”in hücumçusu Julien Ebah “Neftçi” ilə oyundan sonra Futbolxeber.az saytının Gəncəyə ezam olunmuş əməkdaşına müsahibə verib.

- Bir neçə uğursuz oyundan sonra bu gün “Neftçi” üzərində 2:0 hesablı qələbə qazandınız. Qarşılaşma barədə nə deyə bilərsən?

- Bu gün çox yaxşı komanda təsiri bağışladıq. Rəqibimiz də zəif deyildi. “Neftçi” hazırda yaxşı vəziyyətdə olmasa da, heyətlərində yaxşı futbolçular var. Qələbəyə çox ehtiyacımız var idi. Yekunda da istəyimizə çatdıq. Qalib gəldiyimiz üçün sevinirəm.

- Oyundan öncə bu matçı “Kəpəz” üçün son şans kimi qiymətləndirmək olar? Çünki uduzacağınız halda 7-ci pilləyə yuvarlanacaqdınız.

- Belə deməzdim. Çünki mövsümün sonuna hələ çox vaxt var. Amma hər oyuna qələbə üçün çıxırıq. Ardıcıl xallar itirmişdik. Artıq həmin xalları kompensasiya etməliyik.

- Matçdakı ilk qol epizodunu sən yaxalasan da, təkbətəkdən yararlana bilmədin...

- Oyunun əhəmiyyəti bizim üçün çox böyük idi. Mən də fərqlənməyi, komandama dəstək olmağı çox istəyirdim. Sadəcə həmin epizodda şansımı boşa verdim. Həmin epizodda topa pis zərbə endirdim. Amma o epizoddan az sonra hesabı açdıq.

- Əvəzində ikinci hissədə fərqləndin...

- Dediyim kimi, komandamın uğuru üçün əlimdən gələni edirəm. Hər oyunda fərqlənib, uğurda pay sahibi olmaq istəyirəm.

- Mətbuat konfransında Şahin Diniyev qazonun durumundan şikayətləndi. Belə meydanda oynamaq nə dərəcədə çətin idi?

- Həqiqətən də elə idi. Amma qazonun durumuna görə şikayətlənə bilmərik. Çünki şərtlər iki komanda üçün eyni idi.

- “Kəpəz” bugünkü 3 xaldan sonra qələbə seriyası yaxalaya biləcək?

- Niyə də yox? Futbolda hər şey mümkündür. Yaxşı komandamız var. Heyətimizdə istedadlı futbolçuların sayı az deyil. İnanıam ki bu qələbənin ardını gətirəcəyik.

- Bu, Azərbaycandakı ikinci mövsümündür. Çoxları ötən illə müqayisədə Premyer Liqamızın səviyyəsinin düşdüyünü iddia edir. Razısan bu fikirlə?

- Yox, razı deyiləm. Ötən mövsüm 10 komanda mübarizə aparırdı. Bu il isə çempionatda 8 komanda yarışır. Kollektivlər arasındakı fərq elə də çox deyil. Bu çempionatın daha güclü olduğunu düşünürəm.

İBRAHİM, Gəncə

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30