26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Diniyev: “Hər iki komandaya qələbə lazımdır”

Тoyabrın 27-də Gəncə şəhər stadionunda “Neftçi” ilə üz-üzə gələcək “Kəpəz” doğma meydanda keçirdiyi məşqlə görüşün hazırlığını başa vurub.

Futbolxeber.az saytının məlumatına görə, “sarı-göylər”in baş məşqçisi Şahin Diniyev kapazpfc.az saytına matçla bağlı fikirlərini bildirib: “Turnir cədvəlindəki vəziyyətdən asılı olmayaraq “Neftçi” ilə oyunlarımız derbi sayılır, tarix boyu belə olub. Düşünürəm ki, qarşıdakı oyun da maraqlı alınacaq.

Hər iki komandaya qələbə lazımdır. Bizdən yuxarıda olan rəqiblərdən çox da aralı düşməmək üçün üç xal qazanmaq vacibdir. Rəqibin yaxşı oyunçuları var, sadəcə, stabillik çatışmır. Gərgin matç olacaq. İtkilərimizə baxmayaraq ev oyununu maksimum nəticə ilə başa vurmağa çalışacağıq. Son matçları tam heyətlə oynamaqda çətinlik çəkirik, zədə və ya cəzaya görə bəzi futbolçular bizə kömək edə bilmir. İtkilər komandaya təsir edir, amma bunu minimuma endirməyə çalışacağıq”.  




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30